İran Oskara “Nader və Simin”i göndərəcək

İran Oskara “Nader və Simin”i göndərəcək
13 sentyabr 2011
# 11:46
İran 84-cü Oskar mərasiminə qatılmaq üçün müraciət edib.
“Ən yaxşı xarici film” nominasiyasına Əsgər Fərhadinin “Nader və Simin” dramı iddia edəcək.

Ailənin dağılmasından bəhs edən film bu il Berlin kinofestivalında “Qızıl ayı” mükafatı almış, aktyorlar isə ən yaxşı kişi və qadın roluna görə “Gümüş Ayı”ya layiq görülmüşdü.

Hər il İrandan xüsusi komitə filmlər seçərək Kinoakademiyaya göndərir.

“Oskar”a namizədliyi sürülən ilk İran filmi 1978-ci ildə Dəryuş Mərcuinin “Dövretmə” lenti olub.

1994-cü ilə qədər isə İran kinematoqrafiyası Oskar mərasiminə qatılmaq üçün müraciət etməyib.

Yalnız İslam inqilabından sonra ilk dəfə -1994-cü ildə İran kinosunun klassiklərindən biri Abbas Kiyarostaminin “Zeytunluqdan keçərkən” filmi “ən yaxşı xarici film” nominasiyası uğrunda mübarizə aparıb.

Ümumilikdə isə indiyədək Oskara nominant almaq üçün 18 İran film mübarizəyə qatılıb. Onlardan yalnız Məcid Məcidinin “Cənnət uşaqları” ekran əsəri 1999-cu ildə nominantların siyahısına düşüb.

Rəna Nevzat
# 2237 dəfə oxunub

Oxşar xəbərlər

Zvyaqinstsevin filmi Fransanı "Oskar"da təmsil edəcək

Zvyaqinstsevin filmi Fransanı "Oskar"da təmsil edəcək

17:19 11 sentyabr 2026
Entoni Hopkinsin yeni layihəsi açıqlandı

Entoni Hopkinsin yeni layihəsi açıqlandı

15:30 11 sentyabr 2026
Xalq artisti Şeyx Əbdül:  "Bu gün şəxsi məsələləri kənara qoyaq..."

Xalq artisti Şeyx Əbdül: "Bu gün şəxsi məsələləri kənara qoyaq..."

12:40 11 sentyabr 2026
"Şabanoğlu Şaban" filminin davamı çəkiləcək

"Şabanoğlu Şaban" filminin davamı çəkiləcək

11:30 11 sentyabr 2026
"Bunker" filmi ayaq üstə alqışlandı

"Bunker" filmi ayaq üstə alqışlandı

10:30 11 sentyabr 2026
Almodovarın yeni filmi təqdim olunacaq

Almodovarın yeni filmi təqdim olunacaq

15:20 10 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər