Jerar Depardye yenə təyyarədə səs-küy salıb

Jerar Depardye yenə təyyarədə səs-küy salıb
9 sentyabr 2011
# 12:25
Bir müddət əvvəl təyyarə salonundakı “şou”su ilə yadda qalan Jerar Depardye hadisəni başqa cür unutdurmağa çalışır.

Aktyor “Qallar” filmindəki məşhur obrazı Obeliks rolunda yeni reklam çarxına çəkilib.

“Qallar havada” adlı reklam çarxında dostu Asterikslə Parisdən Dublinə uçan Obeliks bu dəfə stüardessadan yeməyi tez verməyi tələb edir. Aclığa dözümsüz Obeliksin səs-küy salması ilə uçuş təxirə salınır.

Fransız aktyor bu çarxla təyyarədə “kiçik ehtiyacını” ödəməsi xəbərlərini bir növ təsdiq edib.

Bildirək ki, Depardye təyyarə qalxarkən tualetə getmək istəyib, amma stüardessa təhlükəsizliklə bağlı ondan 15 dəqiqə gözləməyi xahiş edib. Stüardessanın sözlərinə məhəl qoymayan aktyor ayağa qalxıb və “kiçik ehtiyacını” döşəməyə edib.

Günel ƏSGƏRZADƏ
# 2549 dəfə oxunub

Oxşar xəbərlər

Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında

Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında

16:23 13 noyabr 2026
Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?

Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?

16:00 13 noyabr 2026
Conni Depp  Skrucla qayıdır

Conni Depp Skrucla qayıdır

15:23 13 noyabr 2026
“Children of Blood and Bone”  filmindən yeni treyler

“Children of Blood and Bone” filmindən yeni treyler

13:04 13 noyabr 2026
Maykl B. Cordan məşhur oğru obrazında - “Tomas Kraun”un yeni versiyası

Maykl B. Cordan məşhur oğru obrazında - “Tomas Kraun”un yeni versiyası

12:38 13 noyabr 2026
Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

15:11 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər