Venetsiya festivalı davam edir - FİLMLƏR

Venetsiya festivalı davam edir - FİLMLƏR
5 sentyabr 2011
# 11:48
Artıq beş gündür davam edən Venetsiya film festivalında dünən Al Paçinonun “Vəhşi Salomeya” adlı filmi təqdim olunub. Film yazıçı Oskar Uayldın “Salomeya” pyesi əsasında çəkilib. Baş rolu bu il Kann Film Festivalının qalibi olmuş “Həyat ağacı” filmində ana rolunu canlandıran Cessika Çesteyn oynayıb.

Bundan başqa, festivalda Devid Kronenberq “Təhlükəli metod” filmini təqdim edib. Z. Freyd və K.Yunqun konfliktindən, həmçinin Yunqun öz xəstəsi Sabina ilə sevgi macərasından bəhs edən bu film festivalın favoritlərindən hesab olunur. Filmdə baş rolları Kira Naytli, Maykl Fassbender, Viqo Montensen və Vensan Kassel paylaşıblar.

Festivalda Monika Beluççinin baş rol aldığı “Ehtirasın o zamankı yayı” erotik dramı da nümayiş olunub. Fransız Filipp Harrelin rejissoru olduğu film rəssamla onu tərk edən sevdiyi qadının hekayətini anladır. Beluççinin tərəf müqabili gənc aktyor Lui Harrel olub.

Keyt Uinslet, Kristof Valts, Cudi Foster kimi ulduzların yer aldığı “Qırğın” lirik komediyası isə filmin rejissoru Roman Polanski olmadan göstərilib. Film məktəbdə uşaqlarının davasından sonra bir-birilə yaxınlaşan ailələrdən bəhs edir.

Festivalda həmçinin Keyt Uinslet, Cud Lu, Qvinet Peltrou, Marion Kottilar kimi ulduzların çəkildiyi Stiven Sodeberq “İnfeksiya” filmi də nümayiş olunub. Filmdə dünya əhalisini ölüm təhlükəsi qarşısında qoyan təhlükəli virusla mübarizədən bəhs olunur.

Venetsiya festivalı sentyabrin 10-a kimi davam edəcək.

Rena Nevzat
Günel Əsgərzadə
# 2714 dəfə oxunub

Oxşar xəbərlər

Fələstin haqqında film  tarixi yaddaş uğrunda mübarizəyə çevrildi

Fələstin haqqında film tarixi yaddaş uğrunda mübarizəyə çevrildi

13:30 13 oktyabr 2026
İlon Mask  haqqında sənədli film ətrafında qalmaqal

İlon Mask haqqında sənədli film ətrafında qalmaqal

12:30 13 oktyabr 2026
Tənqidçilərin bəyənmədiyi qorxu filmi prokatın lideri oldu

Tənqidçilərin bəyənmədiyi qorxu filmi prokatın lideri oldu

11:01 13 oktyabr 2026
Özge Gürel:  "Bu işə başlayarkən çox qorxurdum"

Özge Gürel: "Bu işə başlayarkən çox qorxurdum"

10:26 13 oktyabr 2026
Tarixi Zəfərin uğurlu ekran təcəssümü: 5 il ərzində çəkilən “44” bədii filminin premyerası oldu

Tarixi Zəfərin uğurlu ekran təcəssümü: 5 il ərzində çəkilən “44” bədii filminin premyerası oldu

10:09 13 oktyabr 2026
"Uşaqlara qarşı ən qorxunc günah..." –  Robert Pattinson yeni qalmaqallı filmindən danışdı

"Uşaqlara qarşı ən qorxunc günah..." – Robert Pattinson yeni qalmaqallı filmindən danışdı

14:07 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər