Teatr mövsümü başladı

Teatr mövsümü başladı
2 sentyabr 2011
# 11:46
Teatrlarda artıq işə başlanıb. Akademik Milli Dram Teatrından Kulisə verilən məlumata görə bu gündən teatrda məşqlərə start verilib. Eyni vaxtda bir-neçə tamaşa üzərində məşqlər davam etdiriləcək. Azərpaşa Nemətov İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” əsərini ilkin adı “Boy çiçəyi” adı ilə səhnəyə hazırlayır.

Türk müəllifinin Vaqif İbrahimoğlunu tərcüməsində “Qanlı Nigar” əsəri Milli Dram Teatrında yenidən səhnələşdirilir. Gürcü müəllifi A. Saqarelinin “Xanuma” əsərini isə Mikayıl Mikayılov “Yengələr” adi ilə tamaşaya qoyur. Hələlik bu üç yeni tamaşanın məşqlərinə başlanıb.

O ki, qaldı mövsümün açılışına, bütün ölkə teatrları eyni gündə sentyabrın 15-də qapılarını tamaşaçıların üzünə açacaqlar. Son illərin ənənəsinə rəğmən bu ilki teatr açılışı Mingəçevir teatrında reallaşacaq. Bütün ölkə teatrları da həmin məclisə öz açılışlarını elan edəcəklər. Ötən il Sumqayıt, ondan əvvəlki il Gənc Tamaşaçılar teatrında belə bir açılış məclisi düzənlənmişdi. Milli Dram Teatrı isə yenə öz açılışını İlyas Əfəndiyevin “Qarabağnamə” tamaşası ilə edəcək. Daha bir Qarabağ mövzulu tamaşa, Hüseynbala Mirələmovun “Xəcalət”i ilə, teatr Yalta festivalına qatılır. Bu isə sentyabrın 12-dən 17-nə qədərki dövrü əhatə edir.

Ramilə Qurbanlı
# 2214 dəfə oxunub

Oxşar xəbərlər

Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında

Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında

16:23 13 noyabr 2026
Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?

Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?

16:00 13 noyabr 2026
Conni Depp  Skrucla qayıdır

Conni Depp Skrucla qayıdır

15:23 13 noyabr 2026
“Children of Blood and Bone”  filmindən yeni treyler

“Children of Blood and Bone” filmindən yeni treyler

13:04 13 noyabr 2026
Maykl B. Cordan məşhur oğru obrazında - “Tomas Kraun”un yeni versiyası

Maykl B. Cordan məşhur oğru obrazında - “Tomas Kraun”un yeni versiyası

12:38 13 noyabr 2026
Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

15:11 12 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər