Onu Nobeldən imtinaya məcbur etdilər...

Onu Nobeldən imtinaya məcbur etdilər...
31 iyul 2019
# 11:01

Kulis.az Etibar Əliyevin “Ədəbiyyat üzrə Nobel mükafatçıları” kitabından Boris Posternakın “Doktor Jivaqo” əsəri haqqında yazısını təqdim edir.

1958-ci ildə İsveç Akademiyası Boris Pasternakı “müasir lirik poeziyada mühüm nailiyyətlərinə və həmçinin böyük rus epik roman ənənəsini davam etdirdiyinə görə” ədəbiyyat üzrə Nobel mükafatına layiq görür.

Bundan dərhal sonra Kommunist Partiyasının mərkəzi orqanı olan “Pravda” qəzeti və “Literaturnaya qazeta”da şairə qarşı kompaniyalar başlanır. Onun şəxsiyyətini təhqir edən məqalələrdə şairi “dönük”, şərə xidmət edən “böhtançı” adlandırırlar. O, SSRİ Yazıçılar İttifaqından çıxarılır və mükafatdan imtina etməyə məcbur edilir. Bütün bu hücumlardan sonra Pasternak məcbur qalıb İsveç Akademiyasına teleqram göndərir:

“Mənim mənsub olduğum cəmiyyət məni bu mükafatdan imtina etməyə məcbur edir. Könüllü imtinamı ünvanınıza təhqir kimi qəbul etməyin”.

Nobel mükafatından məcburən imtina etmiş Pasternakın adı gələndə dərhal onun məşhur “Doktor Jivaqo” romanı yada düşür: Bu roman nədən bəhs edir?


Romanın mərkəzi obrazı olan doktor Yuri Jivaqo romanlar qarşısında qoyulan tələblər nöqteyi-nəzərindən solğun və ifadə cəhətdən zəif görünür, onun əsərə əlavə olunmuş şeirləri isə əsassız təsir bağışlayır. Bununla belə, müəllif özü haqqında yazır: öz daxili həyatını ən dolğun şəkildə açıqlamaq üçün özünə tale uydurur.

Boris Leonidoviçin real bioqrafiyası ona inqilab zamanı iki düşərgə arasındakı durumun bütün ağırlığını göstərməyə imkan vermirdi. Buna baxmayaraq o, bunu partizanlarla ağlar arasında döyüş səhnəsində gözəl təsvir edə bilmişdi. Tam neytral mövqe tutan əsərin baş qəhrəmanı doktor Jivaqo qırmızılar tərəfdən döyüşə cəlb olunur. O, gənc gimnazistlərdən birini yaralayır və hətta ona elə gəlir ki, onu öldürür, sonra isə öldürülmüş partizanın üstündən ölümdən onu mühafizə edən dua tapır.

Image result for Doktor Jivaqo


Bununla belə, özünü ifadə etmək Pasternaka “başqa” adam, özünün olmadığı durumları uydurmaq nə üçün lazım idi? Əgər o öz adından və özü haqqında yazsaydı, “başqası” olmazdımı? (Akademik D. Lixaçev)


Lirik mövqe özünü ifadə üçün ən böyük dəqiqliyə malikdir. Uydurulmuş və kənarlaşdırılmış lirik qəhrəman əslində şairin ən adekvat, ən aydın özünüifadəsinə çevrilir. Şair sanki özü haqqında yazmır, amma əslində əsər onun özü haqqındadır. O, öz lirik qəhrəmanını uydurulmuş durumlarda təsvir edə, onun yaşını artıra, ya azalda, nəhayət, ona özünün keçirmədiyi hissləri şamil edə bilər, lakin buna baxmayaraq o, başqası vasitəsilə özünü təsvir edir.


Doktor Jivaqonun da Pasternak kimi şeir yazması deyilənlərin həqiqət olmasından xəbər verir. Bu təsadüf deyil. Jivaqonun şeirləri Pasternakın şeirləridir. Bu şeirlər bir şəxsin adından yazılmışlar - bu şeirlərin bir müəllifi və bir ümumi lirik qəhrəmanı var.


Müəllif və onun qəhrəmanı eyni düşüncələrə, eyni dünyaduyumuna və dünyaya eyni münasibətə malikdirlər. Bu onunla bağlıdır ki, Pasternakda bəzən obraz gerçəkliyi üstələyir. Pasternakın ən böyük əsəri olan “Doktor Jivaqo” romanında bu xüsusiyyət özünü büruzə verir. Jivaqo obrazı hansısa cəhətlərinə görə Pasternakdan böyükdür: yazıçı özünü inkişaf etdirir, özündən rus ziyalılarının nümayəndəsi olan Yuri Jivaqonu yaradır. O, böyük tərəddüdlə, ruhən özünü şikəst edərək inqilabı qəbul edir. İndiki anda dünya nə qədər amansız olsa da, Jivaqo-Pasternak onu qəbul edir.


Jivaqo son dərəcə tərəddüd edir, hadisələrə poetik münasibətdə aydın cavablar və yekun nəticələr axtarmaq əbəsdir. Bu tərəddüdlər Jivaqonun zəifliyindən yox, onun intellektual və mənəvi gücündən xəbər verir. Əgər “iradə” deyəndə tərəddüd etmədən birmənalı qərar qəbul etmək nəzərdə tutulursa, onun iradəsi yoxdur.


Jivaqo zəmanənin işlərinə qarışmadan zəmanəni qəbul etmək üçün yaranmış şəxsiyyətdir. İnqilabın stixiyası romanda əsas fəaliyyət göstərən gücdür. Baş qəhrəmanın özü isə ona heç cür təsir etmir və təsir etməyə cəhd göstərmir. Jivaqonu sevən Tonya iradənin yoxluğunu hamıdan yaxşı sezir.


Təbiət obrazı romanda böyük əhəmiyyət kəsb edir. Bu obraz Jivaqo üçün son dərəcə vacibdir. Pasternak üçün təbiət canlı möcüzədir. Yazarın ona münasibəti həm onun özünün, həm də qəhrəmanının Rusiyaya münasibətini açıqlayır.

Jivaqo üçün Rusiya nə deməkdir? Bu onu əhatə edən bütün dünyadır. Rusiya da Jivaqo kimi ziddiyyətlərdən yaranmışdır.
Pasternak tarixi hadisələrin mənasını üzə çıxarmağa cəhd göstərirmi? Bu hadisələr nə deməkdir və hansı səbəbdən meydana gəlirlər? Əlbəttə ki. Lakin eyni zamanda müəllif onları insan iradəsindən asılı olmayan, təbiət hadisələrini xatırladan nəsnə hesab edir. İnsan bu hadisələri duyur, eşidir, lakin məntiqi baxımdan başa düşmür. O bu hadisələri təbiət hadisələri kimi-yağış kimi, qasırğa kimi obyektiv fakt hesab edir.


Yuri Jivaqonnun ölümü diqqəti cəlb edir. Qəhrəman Nikitski küçəsi ilə hərəkət edən nasaz tramvaya oturur. Onunla paralel səkidə gah onu ötən, gah da geridə qalan köhnə tanışı mademuazel Fleri hərəkət edir. Jivaqonun yadına hərəkətin zamanla əlaqələri barədə məktəb məsələləri və nisbilik nəzəriyyəsi düşür. O, bu məsələlərin həlli üçün hansısa ümumi qayda tapmağa çalışır. Lakin bunu bacarmır. Tale də hərəkət kimidir. Kiminsə taleyi başqasının taleyini qabaqlayır, ötür. Bir neçə dəqiqədən sonra Yuri elə tramvayda dünyasını dəyişir. Mademuazel Fleri heç nə hiss etmədən piyada hərəkəti ilə onu on dəfədən çox ötür. Bununla yanaşı o, həm də Jivaqonun həyatını “ötür”.

# 2116 dəfə oxunub

Müəllifin son yazıları

# # #