Kulis.az gənc şair Eminqueyin Facebookda dünən baş vermiş problemlə bağlı yazdığı bayatıları təqdim edir.
Zildəydi bəmə döndü,
Kədərə, qəmə döndü,
Dünən feyzbuk çökdü,
Hər yer matəmə döndü
Əzizinəm, verəndi,
Qqismət Allah verəndi.
Hamı gah layk istədi,
Gah da nöqtə diləndi.
Əzizinəm, gülsənə,
Sevinsənə gülsənə,
Boş şeydi, xeyir eyləməz,
Bu nöqtə, vergül sənə.
Qurban olum Markına,
Kommentinə, laykına,
İlahi, çarə göndər,
Bu darıxan xalqına.
Qurbanam, dara düşsün,
Dərd-qəm odunda bişsin.
Dizi ağladan Markın,
Ofisi plana düşsün.