Eminquey Akif Quran ayəsindən şeir yazdı – MƏTN

Eminquey Akif Quran ayəsindən şeir yazdı – <span style="color:red;">MƏTN
18 may 2018
# 11:47

Kulis.az gənc şair Eminquey Akifin “Namaz üstə şeir” adlı yeni şeirini təqdim edir.

bismillahir-rəhmanir-rəhim,

sənə inanmaq yox, səninlə dost olmaq çətin...

əlhəmdü lillahi Rəbbil-aləmin,

ayaqlarım, alnım, əllərim.

ər-rəhmanir-rəhim barmaqlarım,

burnum, dizlərim.

maliki yəumiddin

endim, səcdəyə endim.

iyyakə nə'ubudu və iyyakə nəstəin,

barmaqlarımdan alnımadək Yerə uduzdum,

oldum ölümə təslim.

ihdinəs-siratəl müstəqim,

yanıma düşən qollarım məzar halımdı,

səcdəmdi bətin halımı təsdiqim.

siratəl-ləzinə ən'əmtə əleyhim,

səcdə bətn halımdı,

səcdə ölüb dirilməyim...

ğəyril-məğzubi əleyhim vələzzalin,

yaşasın ölümə baş əymək!

Amin! Amin! Amin!

# 4099 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #