Dramaturgiyamızın problemləri – “Müzakirə saatı”

Dramaturgiyamızın problemləri – <span style="color:red;">“Müzakirə saatı”
17 dekabr 2015
# 11:32

APA.TV-nin "Müzakirə saatı" verilişinin budəfəki sayında "Azərbaycanın müasir dramaturgiyasının mövcud problemləri"ndən söhbət açılıb.

Verilişdə dramaturq Əli Əmirli, teatrşünas Aydın Talıbzadə, sənətşünaslıq doktoru, professor Amaliya Pənahova, rejissor Gümrah Ömər, aktyor Elmin Bədəlov, yazar, jurnalist Ülviyyə Heydərova iştirak ediblər.

Əli Əmirli dramaturgiyaya gənclərin marağının az olmasından və dram əsərlərinin yazılmamağından danışarkən bu fikirləri səsləndirib. "Məlum məsələdir ki, rejissorlar həmişə dramaturqlardan yeni əsər gözləyirlər. Bizim rejissorlarda da günah var. Onların çoxu dünya dramaturgiyasından xəbərsizdir, demək olar ki, yerli müəlliflərlə işləməyə maraqlıdırlar. Çox təəssüf ki, biz dramaturq yetişdirə bilmirik. Amma bu o demək deyil ki, bizim teatr sahəsi digər ölkələrdən geri qalır. Üstəlik, dramaturgiyamızın geri qalmasını dilə gətirmək, ən azı bir dramaturq kimi özümə haqsızlıq olar. Nəticə də bunu göstərir ki, hər halda yazdıqlarımıza Azərbaycan teatrında tələbat var. Teatrımızda əsasən yaşlı nəslin əsərləri qoyulur. Mən çox arzulayıram ki, gənclər əsərlərini gətirsinlər və teatr rəhbərliyi onların içindən ən yaxşısını seçsin, repertura yeni tamaşalar əlavə olunsun".

Əli Əmirlinin rejissorlarla bağlı dediyi fikrə qarşı çıxan Gümrah Ömər xarici müəlliflərdən də xəbərdar olduğunu vurğulayıb. "Dramaturgiya hər bir gələcək tamaşa üçün xammaldır. Biz inkar edə bilmərik ki, dramaturgiya və teatr ayrıca bir sahədir. Əsərləri isə rejissor zövqünə və teatrın yaradıcılıq istiqamətinə uyğun seçir".

Ülviyyə Heydərova ona məhz "Yuğ" teatrı tərəfindən müraciət olunduğunu deyib: "Hesab edirəm ki, gənc yazar üçün bu, böyük uğurdur. Rejissor Tərlan Ənginlə üst-üstə düşməyən fikirlərimiz də oldu. Əlbəttə ki, tamaşanın sahibi o olduğu üçün razılaşdım. Sadəcə bizdə dramaturgiya yazara gəlir gətirmir. Şəxsən mən bu tamaşadan qonorar almadım".

Aydın Talıbzadə bildirib ki, Azərbaycan dramaturgiyası əsasən rus dramaturgiyasından bəhrələnib: "Əgər teatra dramaturgiya lazımdırsa teatr bunu tərcümə əsərləri ilə vasitəsilə də tapır. Onsuz da hər bir tamaşanın, teatrın öz tamaşaçısı var. Tutaq ki, Elmin Əli Əmirlinin dramaturgiyasına maraqlı deyil. Çünki, onların istiqaməti fərqlidir".

Elmin Bədəlov da hazırda rəhbəri olduğu teatrda yerli müəlliflərin əsərlərinin qoyulmadığını təəssüflə bildirib: "Biz çalışırıq yeni və fərqli mövzu tapaq, neçə dəfə olub ki, gənc yazarlara pyes yazmaqları ilə bağlı müraciət etmişik. Əfsus ki, onların çoxu pyes yazmaqda çətinlik çəkdiklərini deyirlər. Mənim düşüncəmə görə klassiklərimizin əsərləri yerli teatrlarda dəfələrlə oynanılıb və neçə illərdir, Azərbaycan tamaşaçısı bu əsərlərlə yetərincə tanışdırlar. Ona görə də artıq klassiklərdən yaxa qurtarmaq lazımdır. Teatr özü istedadlı dramaturqları axtarıb tapmalıdır".

Amaliya Pənahova Elmin Bədəlovun klassiklərə münasibətinə etiraz edib deyib ki, teatr xalqın əsas mənəviyyat ocaqlarından biridir: "Tamaşaçı cəlb etmək naminə səhnəyə açıq-saçıq geyimdə çıxmaq, nalayiq sözlər işlətmək düz deyil. Mən dəyərli dramaturqlarla işləmişəm. Yeri gələndə filmdə də, tamaşada da açıq geyimlərdə çəkilmişəm. Amma bunun doğrudan da estetik ölçüsü və tələbi olub. Dramaturgiyamızda da bu problemlər var. Tamaşaçı cəlb etmək, yaxud yenilik adı ilə nə gəldi yazmaq olmaz".

Söhbəti tam olaraq "Müzakirə saatı"nda izləyin

# 1577 dəfə oxunub

Oxşar xəbərlər

Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

15:00 12 avqust 2025
"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." -  Yaşar Rzayevin Vəlisi ilə  Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." - Yaşar Rzayevin Vəlisi ilə Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

09:00 11 avqust 2025
"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." -  Abbasqulu ağa Bakıxanov niyə  ərəb-fars tərkibləri ilə yazırdı?

"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." - Abbasqulu ağa Bakıxanov niyə ərəb-fars tərkibləri ilə yazırdı?

12:15 8 avqust 2025
Yar yaraya çevriləndə... -    Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

Yar yaraya çevriləndə... - Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

09:00 8 avqust 2025
Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

12:10 7 avqust 2025
"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

09:00 7 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər