Kamal Abdullanın kitabı Litvada çap olundu

Kamal Abdullanın kitabı Litvada çap olundu
26 fevral 2013
# 17:11

Yazıçı Kamal Abdullanın "Sehrbazlar dərəsi" romanı Litvada çap olunub.

Məlumat üçün bildirək ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra bu kitab Litva dilinə tərcümə edilən ilk bədii əsərdir. Romanı orijinaldan tərcümə edən və ön sözün müəllifi Lione Lapinskijenedir.

Romanın dərcindən sonra Litvada "Sehrbazlar dərəsi"nin ədəbi və elmi qurumlarda bir neçə təqdimat mərasimi keçirilib. Ən geniş və təntənəli prezentasiya isə Litva Beynəlxalq Kitab Yarmarkasında baş tutub.

Litva Beynəlxalq Kitab Yarmarkası çox möhtəşəm və böyük kitab sərgisidir. Bu il 14-cü dəfə baş tutan yarmarkada dünyanın bir çox dövlətləri təmsil olunublar. İlk dəfə olaraq “Edukologiya” nəşriyyatının təqdimatında "Sehrbazlar dərəsi" romanı da iştirak edib və kitabın təqdimatı keçirilib. Müəllifin də qatıldığı təqdimat mərasimində edukoloqlar, ədəbiyyatçılar, jurnalistlər, Azərbaycanın Litvadakı diaspor təşkilatının nümayəndəsi və başqaları çıxış ediblər.

Litva Parlamentinin sədri cənab Vidas Qedvilas Beynəlxalq Kitab Yarmarkasında iştirak edən əcnəbi yazıçılardan yalnız Kamal Abdullanı Parlamentə dəvət edib. Görüşdə ədəbiyyat, Kamal Abdullanın yaradıcılığı və ümumuyyətlə, kitaba sevgi barədə söhbət aparılıb və Azərbaycanı təmsil edən yazıçı BSU tələbələrinin toxuduğu Azərbaycan bayrağını və “Sehrbazlar dərəsi”nin Litva nəşrini imzası ilə parlament sədrinə hədiyyə edib.

Vilnüs şəhərinin meri ilə başqa bir görüşdə də yazıçı böyük maraq və diqqətli münasibətlə qarşılaşıb.

Yarmarkada müəllifə kitabını imzalatmaq istəyən oxucuların çoxluğu da diqqət çəkib. Kamal Abdulla Litvada kitaba böyük maraq olduğunun hər an müşahidə edildiyini bildirib.

Romanın digər təqdimat mərasimi isə Panevejis şəhər kitabxanasında reallaşıb. Şəhər merinin və müəllifin iştirakı ilə baş tutan bu təqdimatda Kamal Abdulla oxucuların suallarını cavablandırıb. Təqdimatın aparıcısı və Panevejis Teatrının aktyoru əsərdən parçalar ifa ediblər.

Panevejis şəhər teatrında da Kamal Abdulla ilə xüsusi görüş keçirilib. Görüşdə Kamal Abdullanın teatr yaradıcılığı ilə bağlı söhbətlər aparılıb.

Xatırladaq ki, “Sehrbazlar dərəsi” romanı bundan əvvəl Türkiyə, Rusiya, Qazaxıstan və s. ölkələrdən nəşr olunub. Kitabın fransız və yapon dilinə tərcüməsi isə tamamlanmaq üzrədir.

# 3382 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbi mükafatlar nə  üçün təsis olunur? - Mətanət Vahid

Ədəbi mükafatlar nə üçün təsis olunur? - Mətanət Vahid

15:15 9 oktyabr 2026
"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." -  "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." - "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

12:00 9 oktyabr 2026
“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

15:00 8 oktyabr 2026
Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

12:00 8 oktyabr 2026
Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
"Tarix özünü  «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə  cavab

"Tarix özünü «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə cavab

11:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər