Seymur Baycan, Günel Mövlud, Əli Əkbər... - Onlar niyə böyük yazıçı ola bilmədi?

Seymur Baycan, Günel Mövlud, Əli Əkbər... - Onlar niyə böyük yazıçı ola bilmədi?
12 mart 2025
# 12:30

Kulis.az Aydan Hacının "Bəhanə, yoxsa fakt?" yazısını təqdim edir.


Ədəbiyyat tarixində ölkəsindən kənarda yaşayaraq yazıb-yaradan yazıçılar var ki, həmin şəxslər dünya ədəbiyyatında mühüm yer tutur. Təbii ki, belə hallar çox olur. Zamanında Nazim Hikmət kimi şair də öz ölkəsində sevilməmişdi, sürgünlərə, həbslərə məruz qalmışdı. 

Ölkəsindən gedən yazıçıların kimisi siyasi, kimisi də ümumi söhbətlərə görə başqa yerlərə köçüb və bununla onların yaradıcılığı da böyüyüb. Hazırda da dünyada belə yazıçılar mövcuddur. Məsələn, götürək elə Xalid Hüseyninin özünü. 

Əlbəttə, yazıçılar və əsərlər arasında müqayisə aparmaq, məşhurlaşmaq, uğur qazanmaq səbəblərini müzakirə etmək olar, lakin vəziyyət ortadadır. 

Yaxşı, bəs bizdə vəziyyət necədir?

Məgər Azərbaycan ədəbiyyatında ölkəsini tərk edərək başqa ölkələrdə yazıb yaradan yazıçılar yoxdurmu? Sözsüz ki var. 

Əvvəlcə xatırlayaq ki, ölkəmizdən gedən və yaradıcılığını kənarda davam edən yazıçılarımız kimlərdir?

Müasir dövr ədəbiyyatına nəzər salsaq, Seymur Baycan, Günel Mövlud və Əli Əkbərin adlarını çəkə bilərik. 

Ədalət naminə hər üç yazıçının istedadlı olduğunu qeyd edək.


Günel Mövlud


Belə ki, Seymur Baycan Tiflisə, Əli Əkbər İsveçrəyə, Günel Mövlud isə Norveçə üz tutub.

Yaxşı, müxtəlif səbəblər gətirərək ölkəni tərk edən bu yazıçıların heç olmasa birinin beynəlxalq arenada uğurlarını niyə görmədik?

Əgər bu adamlar, doğrudan da istedadlı idilərsə, niyə bu illər ərzində onların daha da böyüdüyünün şahidi olmadıq? 

Ən azından, yaşadıqları ölkədə tanınacaq qədər bir əsər ortaya qoya bilməzdilərmi?

Axı hər üç müəllif ölkədə olduğu illərdə də, getdikləri yerdə də azərbaycanlı oxucuları, Azərbaycan ədəbiyyatını, hətta dövlətin ədəbiyyata yanaşmasını tənqid edirdilər. 

Onlar ora yazmaq, böyümək, rahatlıq üçün getməmişdilərmi?

Əgər onları başa düşməyən azərbaycanlı oxucular idisə, xarici oxucular niyə başa düşmədi?

Azərbaycan dövləti ədəbiyyata kifayət qədər yaxşı yanaşmırsa, Norveç də mi yanaşmadı?

Bəs niyə öz müəlliflərimizin adını mükafat alanlar sırasında görə bilmirik? 

Yoxsa onları orada da sıxışdırırlar?


Əli Əkbər

Vaxtı ilə Seymur Baycan Azərbaycan dilindən başqa dil bilmədiyini, bilsə, Azərbaycanca yazmayacağını deyirdi. Görəsən, Seymur Baycanı 10 ildir ki, gürcü dilini öyrənməyə, o dildə yazmağa qoymayan səbəb nədir?

Günel Mövlud Azərbaycanda da, xaricdə də mütəmadi olaraq feminist olduğu üçün daha çox bu pozisiyadan əsərlər yazıb. Hətta dünyada viral olan bu cür bir ideologiyanın kölgəsində də böyüyə bilmədi?


İdeologiyaya sığınan ən zəif yazıçılar belə məhz ideologiyanın səbəbinə uğur qazandığı halda, Günel Mövlud bunu da bacarmadı.

Əli Əkbər Azərbaycanda olan zaman “Artuş və Zaur” əsəri ilə demək olar ki, inqilab etmişdi. Amma xaricdə yaşamağa başlayanda onun da ciddi əsərlərini görmədik.


Seymur Baycan



Ümumiyyətlə, bu barədə xeyli nümunələr gətirmək olar. Həqiqət isə ortadadır. Demək, məsələ təkcə yaşadığın ölkə, ədəbi atmosferlə əlaqəli deyil. Məsələ, doğrudan da, böyük ola bilməməkdir. Əgər hər üç müəllif xaricə gedib bu cür qalacaqdılarsa, getməyə nə ehtiyac var idi?

Hansı ki bir zaman özləri "Azərbaycanda oxucu yoxdur" deyirdilər. Amma ölkə xaricinə çıxsalar belə, ortaya yaxşı bir əsər qoya bilmədilər. Nə Azərbaycan dilində, nə də xarici dildə.

Azərbaycanda ölkədən getsə də, dünyaca məşhur yazıçılarımıza ən azı Maqsud və Rüstəm İbrahimbəyovları misal göstərmək olar.

Demək, gedəndən sonra böyümək də olurmuş. Necə ki Qabriel Qarsiya Markes Kolumbiyadan böyük yazıçı oldu… amma bizim yazıçılar Azərbaycandan böyük ola bilmədi.

# 6273 dəfə oxunub

Oxşar xəbərlər

Hüseynbala Mirələmov bədii nəsrini insan və zaman kontekstində dəyərləndirən monoqrafiya - Elman Quliyev

Hüseynbala Mirələmov bədii nəsrini insan və zaman kontekstində dəyərləndirən monoqrafiya - Elman Quliyev

17:20 6 mart 2026
"Dedi, başla, kişi ol! İndi vaxtıdı…" - O, sevdiyi qıza qarşı necə belə qəddar ola bilərdi?!

"Dedi, başla, kişi ol! İndi vaxtıdı…" - O, sevdiyi qıza qarşı necə belə qəddar ola bilərdi?!

12:00 6 mart 2026
"Balaca bir hekayədə bu qədər “hoqqa çıxarmaq” lazım deyil..."  - Hekayə müzakirəsi

"Balaca bir hekayədə bu qədər “hoqqa çıxarmaq” lazım deyil..." - Hekayə müzakirəsi

12:00 4 mart 2026
"Yorğan-döşəyi yanmış yük yerindəmi?" - Soyqırım və ağacdan asılmış boş beşik

"Yorğan-döşəyi yanmış yük yerindəmi?" - Soyqırım və ağacdan asılmış boş beşik

14:09 3 mart 2026
Maddi və ruhani dəyərlər arasındakı ziddiyyət - "Taxma kirpiklər" haqqında

Maddi və ruhani dəyərlər arasındakı ziddiyyət - "Taxma kirpiklər" haqqında

16:00 2 mart 2026
"Bütün tələbələrin söyüş söyməsi ağlabatan görünmür..." - Siz niyə susursunuz?

"Bütün tələbələrin söyüş söyməsi ağlabatan görünmür..." - Siz niyə susursunuz?

15:00 22 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər