Nizami Gəncəvi faydasız təbabət, gecikmiş mərifət, kustar bəlağət faktıdır

Nizami Gəncəvi faydasız təbabət, gecikmiş mərifət, kustar bəlağət faktıdır
29 noyabr 2023
# 13:22

Kulis.az Aqşin Yeniseyin Nizami Gəncəvi haqqında yazısını təqdim edir.


Nizami Gəncəvinin türk şairi olduğunu yalnız onun Gəncədə yaşamasına bağlamaq nə qədər intellektual bir çəlimsizlik...

Hind-fars mistisizmi ilə türk realizmi arasında Nizami ilə başlayan, Mövlana və Molla Nəsrəddin qarşıdurmasında davam edən, nəhayət, Füzulidə Nizaminin Mövlanaya məğlubiyyəti ilə başa çatan, Nəsimidə yenidən dirilməyə cəhd göstərən fəlsəfi, estetik mübarizədən xəbərsizliyin nəticəsidir bu.

Nizami fars dilində türk, türkmən realist düşüncəsini fars mistik düşüncəsindən ayıran bir Çin səddidir. Bu səddin yalnız daşları bizim deyil. Çünki Nizaminin dövründə türk dilində məktəblər və məktəb anlayışı yox idi. O dövrdə türk dilində cəmi on-on beş min söz vardı. Fars dili isə bütünlüklə İslamın özünü yenmiş 250-300 min söz ehtiyatına sahib idi. Hətta osmanlı zadəganları da övladlarını İran coğrafiyasına müəllim yanına göndərirdilər.

Fars dilinin zənginliyinin də səbəbini yazmışdım. Nüşirəvanın dövründə Yustinianın son "Afina məktəbini" bağlayıb qovduğu yeddi yunan müəllimi sasani sarayına sığınıb yunan-Roma mətnlərini pəhləvi, suryani dillərinə tərcümə etmişdilər. Sasani şahları Platonu, Aristoteli oxuyurdular. IV əsrdə yaradılan Gundişapur (Qondişapur) universiteti həmin vaxt hind və yunan qaynaqlarına sahib olan dünyanın əsas elm mərkəzinə çevirilmişdi.

Müsəlmanlar Sasaniləri tarixdən siləndə, İslamın Sasani mədəniyyətinə əsir düşəcəyini ağıllarına belə gətirmirdilər.

Nizami Gəncəvinin təkbaşına necə mədəni bir güclə kəllə-kəlləyə gəldiyini və necə intellektaul bir gücə, cəsarətə sahib olduğunu təsəvvür edin indi.

Və hanı ədəbiyyatımızda Nizami Gəncəvinin bu gücü, bu gücünün izləri?

Stalinizm Nizamini bizə inzibati müstəvidə qazandırdı, olsun, amma bu tələm-tələsik qazanc bizi estetik, fəlsəfi baxımdan Nizamidən daha da uzaqlaşdırdı.

Son yüz ildə hansı yazıçımız, şairimiz üçün Nizami ilham qaynağı olub?

Hansı ədəbi əsərlərimizdə Nizamidən təsirlənmələr var?

Nizami Gəncəvinin bu gün heç təsir göstərmədiyi bir ədəbiyyat varsa, o da Azərbaycan ədəbiyyatıdır.

Çünki dilimizə inzibati səriştə ilə tərcümə olunmuş Nizami Gəncəvi ədəbiyyat faktına çevirilə bilmədi.

Nizami bu gün bir azərbaycanlı üçün daha çox faydasız təbabət, gecikmiş mərifət, kustar bəlağət faktıdır.

# 4833 dəfə oxunub

Oxşar xəbərlər

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

14:00 26 may 2026
"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

11:40 26 may 2026
50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

10:15 26 may 2026
Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

10:00 26 may 2026
"Hər şeyinizi sevgiyə verin..." -  Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

"Hər şeyinizi sevgiyə verin..." - Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

15:00 25 may 2026
"Caz poeziyasının atası" adlandırılan şair - O,  Bakı səfəri haqqında nə yazmışdı?

"Caz poeziyasının atası" adlandırılan şair - O, Bakı səfəri haqqında nə yazmışdı?

15:30 22 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər