"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
10 dekabr 2024
# 15:03

Kulis.az Aqşin Yeniseyin yeni yazısını təqdim edir.

"Mən niyə kiminsə yazdığı romanı, hekayəni oxumalıyam, nə verəcək mənə?"
Dünən belə bir yekəxana sual verdilər.

Ədəbiyyat, xüsusilə roman oxucuya insan çeşidləri təqdim edir. Ədəbiyyat oxumayan adam insanlığı özüylə məhdudlaşdırır. Özü zırramadırsa, elə bilir, hamı zırramadır. Özü mübarəkdirsə, elə bilir, hamı mübarəkdir.

Ədəbiyyat oxuyan adam isə çeşid-çeşid, növbənöv insan tipləri tanıyır. İnsanlığı ağ-qara görmür, rəngli görür. İnsanlığı rəngli görə bilən özünün də, başqalarının da həyatını rahatlaşdırır. Anlayır ki, o, özü kimi olduğu kimi, başqası da başqası kimi olmalıdır.

Azərbaycanda iş yerlərində, ailədə, dostluq münasibətlərindəki boğuşmaların səbəbi insanlarımızın yalnız praktik, "çörəkli" kitabları oxumalardır.

Roman oxumadıqları üçün insanlarımız başqasının başqası kimi ola bilməsini qəbul edə bilmir, istəyir ki, ünsiyyətdə olduğu adam onun özü kimi olsun.

Çünki insanı ölçə biləcəyi yeganə ölçü vahidi özüdür.

Ədəbiyyat sizə özünüzü tanıtmır, heç bir romanda özünüzü axtarmayın. Ədəbiyyat sizə başqasını tanıdır. Biz başqasını tanıyaraq kim olduğumuzu özümüz üçün aydınlaşdırırıq. Başqası önümüzdəki güzgüdür, ona baxıb özümüzün nə gündə olduğumuzu görürük.

Yuxarıdakı sualın doğru deyilişi, əslində, belədir: "Mən niyə başqalarını tanımalıyam?"

Tanımasan, bütün ömrün qarşılaşdığın və mütləq sənə oxşamasını israr etdiyin insanlarla didişmələrdə keçəcək.

Başqalarını tanımasan falçıları, pornopsixoloqları, yaşam koçlarını zadı tanıyacaqsan.

Vaxtında 15-20 manat verib oxumadığın roman sonra sənə çox baha başa gələcək. Özün bilərsən.

# 5098 dəfə oxunub

Oxşar xəbərlər

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

10:00 6 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər