Folklor və postmodern təhkiyə - Elnarə Qaragözova

Folklor və postmodern təhkiyə - Elnarə Qaragözova
23 mart 2025
# 15:00

Kulis.az Fil.f.d., dosent Elnarə Qaragözovanın "Folklor və postmodern təhkiyə" essesini təqdim edir.



Pertti J. Anttonenin "Müasirlikdə ənənə: Postmodernizm və Folklorda Millət-Dövlət" kitabından yola çıxaraq...

Bu günlərdə mütaliə etdiyim Pertti J. Anttonenin "Müasirlikdə ənənə: Postmodernizm və Folklorda Millət-Dövlət" kitabı “ənənə” və “folklor”u müasirlik və modernizmlə, eləcə də postmodernizmlə bağlı diskurslar çərçivəsində konseptuallaşdırır.

Modern və postmodern realilərlə folklorun müasir formatda təzahürünə həsr edilən araşdırmada əsas məqam bu iki fərqli kulturoloji qat arasındakı toqquşma və ayrılma nöqtələrinin müəyyənləşdirilməsidir.

Bu kulturoloji təmasda əsas prinsip əlaqələndirici məqamın epistemioloji cəhətdən təqdimatı dir. İki fərqli mədəni fenomen olan postmodernizmin və folklorun müxtəlif kontekstlərdə kəsişməsi, qarşılıqlı təsiri müasir dünya, eləcə də Azərbaycan ədəbi prosesinin danılmaz faktıdır.

Mədəni formaların transformasiyasını, mətnlərarası əlaqəni və hibridliyi vurğulayan postmodern ədəbiyyat mətndaxili eyhamlar, parodiyalar, dekonstruksiyalar, simvollar, sitatlar yaratmaq üçün folklordan intensiv şəkildə istifadə edir.

Postmodern mətn yaratmağı qarşısına məqsəd qoyan yazıçı şəxsiyyət, tarix və mədəniyyət mövzularını dekanonizasiya, dekonstruksiya etmək üçün məhz folklor materialları üzərində yeni mətn yaradır.

Folklora postmodern yanaşma onun klassikləşmiş motivlərinin yeni kontekstdə, yeni formada təzahürünə və ədəbi mətnlərin, kontekstlərin hibridliyinin vurğulanmasına səbəb olur.

Azərbaycan postmodernizmində də folklor mühüm ədəbi mənbə və əsas poetik element statusundadır. Postmodern ədəbiyyatımızda, özəlliklə Kamal Abdullanın, İlqar Fəhminin, Orxan Fikrətoğlunun əsərlərində folklor motivləri, obrazları müasir üslubla, modern texnikalarla sintez edilərək ənənəvi və müasir ədəbi irsi birləşdirən yeni əsərlərin yaradılmasında istifadə olunur.

Azərbaycan ədəbiyyatının postmodern nümunələri sübut edir ki, postmodernizmlə folklorun müxtəlif ədəbi-mədəni kontekstlərdə qarşılıqlı əlaqəsi və kəsişmə nöqtələri ədəbiyyatımıza yeni, mürəkkəb, çoxqatlı əsərlər qazandırır.

# 3129 dəfə oxunub

Oxşar xəbərlər

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

12:00 26 oktyabr 2026
"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

10:00 25 oktyabr 2026
“Arxayın olun, mənə də növbə çatacaq...” - Hüseyn Cavid ailəsinə ünvanladığı son məktubda nə yazırdı?

“Arxayın olun, mənə də növbə çatacaq...” - Hüseyn Cavid ailəsinə ünvanladığı son məktubda nə yazırdı?

12:00 24 oktyabr 2026
İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

10:00 24 oktyabr 2026
"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

15:00 22 oktyabr 2026
Sorğu:  Vətən sevgisi, yoxsa “yanağından yağ damanların” alveri? – Ədəbi mühitdə Qarabağ MÜBAHİSƏSİ

Sorğu: Vətən sevgisi, yoxsa “yanağından yağ damanların” alveri? – Ədəbi mühitdə Qarabağ MÜBAHİSƏSİ

11:15 20 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər