Cəfər Pənahi 6 il azadlıqdan məhrum edildi

Cəfər Pənahi 6 il azadlıqdan məhrum edildi
19 iyul 2022
# 14:30

Azərbaycan əsilli iranlı kinorejissor Cəfər Pənahi 6 il müddətinə azadlıqdan məhrum edilib

APA-nın Tehran bürosu xəbər verir ki, bu barədə İranın Məhkəmə Sisteminin sözçüsü Məsud Stayeşi deyib. O bildirib ki, Cəfər Pənahi milli təhlükəsizliyə qarşı cinayət törətmək məqsədilə toplaşmaqda və sövdələşmədə ittiham olunaraq 6 il müddətinə azadlıqdan məhrum edilib.

O, cəzasını çəkmək üçün Evin həbsxanasına göndərilib.

Qeyd edək ki, Cəfər Pənahi iyulun 11-də daha iki rejissorun həbsi ilə əlaqədar keçirilən məhkəmədə iştirak edib və orada həbs edilib.

Belə ki o, Məhəmməd Rəsulof və Mustafa Ələhmədin məhkəməsində iştirak edib. Rəsulof və Ələhməd iyulun 8-də İran təhlükəsizlik qüvvələrinə və hərbçilərinə ölkədə etirazçılara qarşı güc tətbiq etməməyi xahiş edən petisiya imzaladıqdan sonra saxlanılıb. Etirazlar Abadan şəhərində 37 nəfərin öldüyü binanın uçması ilə bağlı iğtişaşlardan sonra başlayıb.

Xatırladaq ki, Cəfər Pənahi bundan öncə 2010-cu ildə də 6 il müddətinə azadlıqdan məhrum edilib.

# 1643 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur yazıçının kitabı satışdan çıxarıldı

Məşhur yazıçının kitabı satışdan çıxarıldı

19:00 23 aprel 2024
“Hər yanı gülşən Azərbaycan”  adlı xor müsabiqəsinə start verildi

“Hər yanı gülşən Azərbaycan” adlı xor müsabiqəsinə start verildi

18:30 23 aprel 2024
Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

18:00 23 aprel 2024
Skripkaçımız Fəxri diploma layiq görüldü

Skripkaçımız Fəxri diploma layiq görüldü

17:30 23 aprel 2024
“Bir arzu gerçəkləşir”  adlı yeni fərdi sərgi keçirilir

“Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgi keçirilir

17:00 23 aprel 2024
Beynəlxalq Rəqs Günü  qeyd olunacaq

Beynəlxalq Rəqs Günü qeyd olunacaq

16:30 23 aprel 2024
# # #