Eşq və faciənin romanı - RESENZİYA
13 may 2011
11:40
Diqqətdən kənarda qalan roman
2010-cu ildə “Qanun” nəşriyyatı Svetlana Quliyevanın “Dalğa” romanını nəşr edərək oxuculara təqdim edib. Bu romana qədər müəllif oxuculara hekayələri və esseləri ilə tanış idi. S. Quliyeva 1983-cü ildə Hacıqabul şəhərində anadan olub. İxtisasca roman-german dilləri üzrə filoloq, eyni zamanda İngiltərə və Amerika ədəbiyyatı üzrə mütəxəsisdir. Ara-sıra hekayələri və esseləri ilə ədəbi portallarda çap olunsa da, ədəbi kuluarlarda bir o qədər də populyar imza hesab olunmur.
Bunun əsas səbəbi isə məncə müəllifin publisistikadan, müzakirələrdən uzaq olmasıdır. Romanın çapından sonra da, müəllif yetərincə ədəbi mühitdə tanınmadı. Düşünürəm ki, müəllif özü buna cəhd etmədiyi üçün, imzasının tanınmasına qətiyyən cəhd etmir. Aktual bir mövzunu gündəmə gətirsə də S. Quliyeva yazıçı kimi özünü ədəbi camiaya kifayət qədər təqdim etmək cəhdində olmaması, əsərin və müəllifin gündəmdə olmaması ilə nəticələnib.
Əsərin çağından sonra sonra bir neçə internet portallarında sadəcə romanın çap olunması ilə bağlı xəbərlərə rast gəlsəm də, müəllifin özü və əsəri haqqında heç bir təqdimat xarakterli yazıyla rastlaşmamışam. Bildiyim qədər romanın çapından sonra müəllif yalnız bir müsahibə verib. Şəxsi qənaətimə görə S. Quliyeva ədəbi mühitdən uzaqda qalmağı seçdiyi üçün əsərin təbliğatı da yetərincə aparılmayıb. Roman haqqında yalnız şair Qismətin “Xoş gəldin, XXI əsr” adlı məruzəsində ötəri bir fikir səsləndirilir. Son illər ədəbiyyatımızda yazılan çoxsaylı romanlar içərisində “Dalğa” romanının xüsusi yerinin olduğu qənaətindəyəm. Milli Kitab Müsabiqəsinin ekspertlərinin diqqətini çəkən əsər MKM-in “iyirmiliyinə” düşməyi də bacarıb.
Psixoloji roman həvəskarları üçün “Dalğa”
“Dalğa” romanı cəmiyyətin təbəddülatları içərisində qəribə yaşantıları ilə özünü tapa bilməyən (müəyyən mənada özünə yer tapa bilməyən) ali təhsilli, fiziki qüsurlu bir gəncin həyatından bəhs edir. Romanın adı ilə bağlı müəllif müsahibəsində aşağıdakı fikirləri səsləndirir, “Romanımı bitərənə yaxın onun “Dalğa” olacağına qərar verdim. Bu ad öz-özünə romanın mətnindən çıxdı. Dalğa – mənim romanımda bir növ “tale” mənasında işlənib.
Əsər 30 aprel 2009-cu ildə ADNA-da törədilən terror aktı zamanı həyatını itirənlərin xatirəsinə həsr olunub. Əsər ADNA-da baş verən dəhşətli hadisəyə həsr olunmuş ilk, ciddi və irihəcmli əsərdir. Qəhrəmanın ətrafındakı insanlarla qəliz münasibətləri, istəkləri uğrunda mübarizə aparmamağı, ruhdan düşmüş, sakit və maraqsız həyat tərzi dövrümüzün gəncliyininin böyük bir qismini simvolizə edir. Baş qəhrəmanın simasında cəmiyyətimizdə bu gün çox böyük vüsət almış boşanma hadisələrinin övladlara təsiri və bunun nəticəsində müəyyən problemlər yaşayan insanların cəmiyyətdə özünə yer tapa bilməməsi, özünə inamsızlığı, qərarsızlığı və passivliyi göstərilib. Əsərdə valideyn-övlad, əsasən də, ana-oğul konflikti ortaya qoyulub. “Dalğa” psixoloji romandır.
İctimai-siyasi proselərə ironik münasibət
Romanın ideyası və psixoloji qatı onun dilini qətiyyən ağırlaşdırmır, əksinə dilin səlistliyi və axıcılığı romanı birnəfəsə oxumağa imkan verir. Əsərdəki dialoqlar, müəllifin müdaxiləsi, qəhrəmanın mülahizələri və monoloqları çox sadə və səlist dillə yazılıb. Romanın əsas qəhrəmanı psixoloji sarsıntılar məngənəsində sıxılan gənc bir oğlandır və o valideyinləri ayrıldıqdan sonra getdikcə asosial bir insana çevrilərək cəmiyyətdən uzaqlaşır. Onun bəlli çevrəsi və bəlli yaşam kuralları var.
Mütaliəni sevən qəhrəmanımız tək yaşamağa və insanlarla ünsiyyətdən qaçmağa üstünlük verir. Sevdiyi qızla ilk rastlaşdıqları andan onu təqib etməyə, onun haqqında düşünməyə başlayır. Hərdən dəniz kənarına gəlib dalğaları insanlarla müqayisə etməyə çalışdığı anlarda, monoloqlarda əsərin poetik qatı açılır. Duyğusal, romantik bir mənzərə canlanır oxucunun gözləri qarşısında. Hətta Şəhidlər Xiyabanına tez-tez gedən və bura gəldiyinin əsil səbəbini bilməyən qəhrəmanımızın düşüncələrində güclü romantika hiss olunur.
Qəhrəmanın yeganə dostu İmranla olan münasibətləri olduqca maraqlıdır. İmran olduqca istiqanlı və maraqlı insandır. ADNA-da müəllimdir və çoxlu sayda dostları var. Qəhrəmanımızın isə yeganə dostu olan İmranla münasibətləri də çox soyuqdur. Romanın əsas mövzusu bir gəncin qapalı dünyasına işıq tutmaqdan ibarət olsa da ara-sıra ictimai siyasi məsələlərə də münasibət bildirilir. Ümumilikdə terror əleyhinə yazılan bu əsərdə 20 yanvar hadisəsəsinə, Qarabağ probleminə, cəmiyyətin müxtəlif problemləri haqqında gənc qəhrəman maraqlı mülahizələr yürüdür.
Müəllif qəhrəmanını günümüzün gəncliyinin fövqündə, daha çox intellektual göstərməyə çalışsada qəhrəmanımı ictimai proseslərə, dünyada baş verənlərə biganə, qəzetdən və internetdən uzaq, özününü hamıdan ağıllı hesab edən gəncləri xatırladır. Müxalifətin keçirdiyi mitinqə, dünyada baş verən siyasi proseslərə standart, çayxanalarda danışılan qeybətlərsayağı münasibət bildirir. Qəhrəmanın dilindən yazılan bu cümlə, şəxsən bir oxucu kimi məni pərişan edir. “...Zibil qutusu yoxdur? Qəzeti atardım...”
Qərarsız, yorğun və xəstə qəhrəman
Cəmiyyətdən qaçdıqca, özünə qapandıqca onun problemləri artır. Sevdiyi qıza yaxınlaşmağa, ona sevgisini bildirməyə kompleksləri imkan vermir. Dostsuzluq, anası ilə dil tapa bilməməsi qəhrəmanımızın psixoloji durumunu daha da gərginləşdirir. O çox soyuqqanlı, adamayovuşmaz bir insan kimi hamıdan uzaqlaşır.
Azadlıq, ailədaxili münasibətlər haqqında maraqlı mükalimələrini müəllif məhz qəhrəmanın dili ilə çatdırmağa nail olur. Anası ilə dil tapmaqda çətinlik çəkən, tənhalığa çəkilən qəhrəman atasının onları tərk edib getməsini normal qarşılayır. Anasının xarakterini heç cür həzm edə bilməyən qəhrəman onun həyatında olmasından narazıdır. “Anam... bəlkə də, atamın əvəzinə anam bizi tərk edib getsəydi daha yaxşı olardı.”
Atasının xatirələri onu məşğul etsə də, onun gedişinə şəxsi azadlıq baxımından haqq qazandırsa da hiss olunur ki, atasını da sevmir. Onun vəfatını sakit qarşılayıb, atasının ikinci xanımının, övladlarının görüşünə də çox soyuqqanlılıqla gedir. Müəllif məhz bu səhnəni çox ustalıqla təsvir edir. Müasir cəmiyyətdə itgilərin və ölümlərin adiləşdiyini oxucu asanlıqla bu səhnədə dərk edir. Qardaşı və bacısı ilə tanışlıq, qardaşı Eminin onun həyatına daxil olmağa cəhd etməsi onu narahat edir. “Emin yaxşı uşaqdır, nahaq yerə, bu qədər yaxınlaşırıq, bir-birimizdən qopmaq çətin olacaq.” İnsanlarla ünsiyyət hər mənada onun üçün maraqsızdır.
Sevdiyi qızı daim izləməyə çalışır. Çünki onun yeganə çıxış yolu sevgidir. Hətta soyuq havalarda yağışda islanıb ölümcül xəstələnmək də ona mane olmur. O sevginin verdiyi əzablardan zövq alır. ADNA-nın bufetində çalışan oğlanla dostlaşması, özünə həmfikir tapması onu bir az cürətləndirsə də çox tez yorulur və qızı izləməməyə qərar verir.
Uzun sürən daxili çırpınışlar, qəhrəmanın yol aramaq cəhdləri, mübarizəsiz və eyni rəngi həyata qarşı savaşmadan məğlubiyyət...
Qəhrəman komplekslərindən xilas ola bilmir. O qərarsızdır...O yorğundur...O xəstədir...
Anası onu tanıdığı bir qızla tanış eləməyə cəhd edir, onun cəmiyyətə qaynayıb qarışmasına çalışsa da heç nəyə nail ola bilmir. O, tanımadığı, bir kəlmə belə söhbət etmədiyi tələbə qızı sevir. Əvvəllər görməklə təsəlli tapdığı qızdan uzaqlaşmağı, onu görməkdən belə imtina etməyi, maraqsız həyatına davam etməyi sınaqdan çıxarır. Həyat əvvəlki sönüklüyü ilə davam edir. Qəhrəmanın özünün də dediyi kimi: “Bax beləcə yaşayırdım, buna yaşamaq demək olarsa...”
30 aprelə planlaşdırılan sevgi etirafı
Bu qarşılıqsız, bir az da qeyri-adi deyilə biləcək sevgi qəhrəmanın depressiyasına səbəb olur. Bir ay boyunca depressiya, bütün günü tənhalığa çəkilərək, özünün də dediyi kimi “narkoman” kimi mütaliə eləməklə təskinlik tapmağa çalışsa da qarmaqarışıq yuxular onu rahat buraxmır. Dostu İmran, yaxın qohumu, uşaqlıq dostu Zəhra onu cəsarətləndirməyə, depressiyadan çıxarmağa nail olurlar. O nəhayət sevdiyi qızı izləməyə davam etmək qərarına gəlir və bütün bunlar isə özünün də dediyi kimi “Cəmisi on yeddi gün çəkəcəkdi. Bir birinə bənzəyən, biri obirisindən irəli qaçaraq bitməyə tələsən on yeddi gün...”
On yeddi gün ona cəsarətinin artığını düşünməyə əsas verir. Cəsarətli olduğunu öz-özünə sübut etmək üçün anasının yanına gəlib ürəyindəkiləri anasına danışmaq qərarına gəlir. Sevdiyi qız barədə anasına danışması oxucu üçün də müəyyən qaranlıq məqamları işıqlandırır. Əsər boyunca müəyyən məqamlarda qəhrəmanın anasına haqq qazandıran oxucu üçün bu məqamda bütün münasibətlər, qəhrəmanın anasına qarşı soyuq davranışı aydınlaşır. Əsərin bu yerində qəhrəman anasını oxucudan daha yaxşı tanıdığını sübut edir. Ana öz fiziki qüsurlu, psixoloji problemli oğlunun sevgisinə sevinmək əvəzinə hiddətlənir. “Nəyə görə məndən icazə almamış gedib kimisə sevirsən?” Anasının davranışı onu yenidən cəsarətsizləşdirir. Yenidən məşəqqətli günlər başlayır. O ürəyini sevgilisinə aça bilmir.
Gün keçdikcə sevgisini etiraf etmək təlabatı daha da güclənir, o bir an öncə etiraf edib bu əzabdan qurtulmaq istəyir. Hətta sevgisini etiraf etmək üçün gün də müəyyən edir. Dostu İmrana 30 aprel günü sevgisini etiraf edəcəyini bildirir...O bu günə xüsusi həvəslə və coşquyla hazırlaşır...
...Və hər şey alt-üst olur
“Yuxuya gec getdiyim üçün səhər İmran mənə zəng edəndə mən hələ də bərk yatırdım. İmranın mənə telefonla dedikləri məni təkcə yuxudan deyil, xəyallarımdan, arzularımdan ayıltdı. Hər şeyin ani olmasını mənə xatırlatdı. Heç nəyin bizim əlimizdə olmadığını xatırlatdı. Bir gün öncə çətinliklə verdiyim qərarın mənasız olduğunu ürək ağrısı ilə dərk etdim...”
Sevgilisinin terror qurbanı olması onun səhhətində ciddi problemlər yaratsa da bu onun həyatında dönüş yaradır. Onun tərəddüdləri, kompleksləri və təbəddülatları da bitir. Gözlənilmədən o toparlanmağı, çətin günləri geridə buraxmağı bacarır. “...həkimin dediyinə görə ağır psixoloji travma almışdım. Həkim iddia edirdi ki, bu cür vəziyyət bir neçə ay, hətta bir il də sürə bilər. Həkim yanılırdı. Mənən necə güclü olduğumu ilk növbədə özümə sübut etdim.”
Əsərdəki digər obrazlar
Əsərdə diqqət çəkən, üzərində xüsusilə dayanmaq istədiyim iki qəhrəman var. Əsərin əsas qəhrəmanından sonra bu iki qəhrəman əsərdə bəlkə də ən uğurlu tapıntıdır. Qəhrəmanın evini təmizləyən, yeməyini bişirən, qayğısına qalan, anasından daha doğma olan əsil zəhmətkeş qadın-Sevil xala əsərə fərqli bir kalorit qatır. Sevil xala özəlliklə də qəhrəmanla münasibətlərində çox səmimi bir Azərbaycan qadınıdır. İkinci ən çox diqqətçəkən obraz Tiqran adını Tahir adı ilə əvəz etmiş qəhrəmanın qonşusudur. Tahirlə (Tiqran) qəhrəmanın söhbəti, onun necə Azərbaycan vətəndaşı olması məqamı çox maraqlıdır. Müəllif bəlkədə düşünmədən Qafqazlıların bütün sahələrdə və bütün məqamlarda oxşarlığını Tahirin dilindən çatdırır.
“Dalğa” romanında müəllifin təcrübəsizliyi hiss olunsa da əsər oxucunu öz arxasınca çəkib aparmağı bacarır. Müəllifin yaratdığı poetik dil, qəhrəmanın duyğusallığı romanın kaloritini artırır. ”...yuxuya gedə bilməyən dənizi fırça ilə, ucu dəniz kimi yaşımtıl-mavi rəngli fırça ilə kağız üzərində çəkmək istəyirəm”

1463 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024