Alır başımı Erzincana giderim seni düşünmek için

Alır başımı Erzincana giderim seni düşünmek için
30 avqust 2012
# 04:00
Leyla Nənə


“Mən insanam, bu qayğılarım keçər, yalan dedim, keçməz, dəyişər” deyən Turgut Uyarın öldüyü gündür bu gün.

Onunla ilk tanışlığım Edip Cansevər, Cemal Sürəyya, Sezai Qaraqoç, Ece Ayxan, İlhan Berk, Ülkü Tamer kimi şairlərin başlatdığı şeir və ədəbiyyat cərəyanı olan “İkinci Yenilər” barədə araşdırmalar zamanı olmuşdu. 1950-ci illərdə başladılan “İkinci Yenilər”in əsil adının “Sivil Şeir” olduğunu deyir Ece Ayhan. Və bu adı şair-yazıçı Müzəffər İlhan Ərdost verib. İkinci Yenilərin məqsədləri şeirdəki vərdiş edilmiş soyuq qəlibləri yıxmaq, şeirə duyğu yükləməyi əsas bilməklərindən əlavə, şeirdə hissləri anlatmaq yox, məhz hiss etdirmək, yeni sözlər yaratmaq idi. “İkinci Yenilər” şeirdə vərdiş edilmiş süstlüyü, mənanı və qəlibləri yıxdığından İkinci Yeniləri anlamadıqlarını deyənlərə isə “Dərdimiz anlaşılmaq yox, hiss edilməkdir” demişdilər. Cemal Sürəyyaya görə şeir hisslərə söykənməlidir və şeir hiss, duyğu işidir.

Və onu - Turgut Uyarın adını da “İkinci Yenilər” şairlərinin arasında görmüşdüm. Sonra şeirləri ilə tanış oldum.

Bir gün bir şair dostun dilindən eşitdim onun şeirini. Şeiri oxuduqca misralar sanki qırmızı pomada ilə havaya yazılırdı:

“İkimiz birden sevinebiliriz, göğe bakalım
Şu kaçamak ışıklardan, şu şeker kamışlarından
Bebe dişlerinden, güneşlerden, yaban otlarından
Durmadan harcadığım şu gözlerimi al kurtar
Şu aranıp duran korkak ellerimi tut
Bu evleri atla, bu evleri de, bunları da
Göğe bakalım.”

Yaradıcı insanların öldüyünü biləndə təəssüflənirəm. Axı yaradıcı adam necə ölə bilər? Yaradıcılıqları necə dona bilər? “Kaş ki, onların yaşadığı dövrdə yaşayar, şeirlərini dillərindən eşidərdim” deyirəm.

Və dünyasını dəyişən bu yaradıcı adam - Turgut Uyar 1927-ci il avqustun 4-də öldüyü şəhərlə aralarında 5-6 saatlıq məsafə olan Ankarada doğulub, 1985-ci ilin avqustun 22-də İstanbulda ölüb. Orta məktəbi İstanbulda oxuduqdan sonra, Konya Hərbi Məktəbini, İşıqlar Hərbi Hava Liseyini və Hərbi Məmurlar Məktəbini bitirib Posof, Terme və Ankarada personal zabiti kimi işə başlayıb.

Anasının istəyi ilə evlənib və 18 yaşında ata olub - birinci evliliyindən 3 uşağı oldu.

1958-də hərbi xidmətini bitirib Türkiyə Sellüloz və Kağız Sənayesinin Ankara şöbəsində çalışmağa başlayıb. 1966-da boşanaraq İstanbula köçüb. Burada Cemal Sürəyya ilə sevgililik münasibəti bitmək üzrə olan yazıçı Tomris Uyarla şeir barədə məktublaşmağa başlayıblar. Və bu məktublaşma Tomris Uyarla evliliklə nəticələnib və bu izdivacdan bir oğlu olub.

Həyat yoldaşı Tomris Uyar müsahibələrindən birində tanışlıqlarından belə bəhs edib: “1966-cı ildə mən onsuz da Cemal Sürəyyadan ayrılmaq üzrəydim. O da həyat yoldaşından ayrılmışdı. Uşaqlarıyla İstanbula gəlmişdi. Burada tanış olduq. Əsas tanışlığımız belə olub yəqin, çünki ancaq o vaxtlarda oturub danışmaq fürsətimiz olmuşdu və məktublaşmağa başlamışdıq. Bu məktublar əvvəlcə ancaq şeir barədə olurdu. Hələ də məndədir bu məktublar. Çox vaxt onun şeir barədə düşüncələri, mənim onun şeirləri barədə olan düşüncələrim... Və anladığım qədəriylə çox çətin dövrünü yaşayırdı. Yəni evlilik həyatında müəyyən zaman yaşadığı gərginlik və anlaşılmazlıqlar şeirlərinə də təsir etmişdi, yeddi il idi ki, şeir yazmırdı. İlham pərisi kimi ifadə etmək istəmirəm, amma yəqin çox danışdığım, çox dəstək olduğum, yazmağını çox istədiyim üçün onda yavaş-yavaş şeir yazmaq həvəsi yenidən yarandı”.

Həyat yoldaşı Tomris Uyar üçün yazdığı şeir:

“Senin için alışılmış şeyler söyleyemem sana yaraşmaz
kış gecesi amcamızdır bahar yakından kardeşimiz
alır başımı erzincana giderim seni düşünmek için
dörtlükleri bozarım çünkü dağlar ne güne duruyor
kıyılar ve eskimeyen her şey seni anlatmak için

bir bozuk saattir yüreğim hep sende durur
ne var ki ıslanır gider coşkunluğum durmadan
durmadan
dağ biraz daha benden deniz her zaman senden
hiçbir dileğimiz yok şimdilik tarihten coğrafyadan

kimselere benzemesin isterim seni övdüğüm
seni övdüğüm zaman
güzel bir çingene yalnız başına dolaşmalı kırlarda
seni övdüğüm zaman”

Heca ölçüsüylə yazdığı və ictimai mövzulardan bəhs etdiyi birinci kitabı “Ərz-i Hal(1949) və “Türkiyəm(1952)”-dən sonra, “Dünyanın ən gözəl Ərəbistanı” kitabında fərdin daxili dünyasına yönələrək yalnızlıq və çarəsizliyindən bəhs edib. “Tütünlər islaqdır” və “Hər Bazarertəsi” şeirlərində qoruduğu bu mövzuları, “Divan”da ənənəvi şeirin qəliblərini, “Toplandılar” və “Qayanı deşən əncir”də isə səksəninci illərdə yaşanan sinfi mübarizələrlə əvəzləyib.

İnsanın yalnızlığı barədə şair belə deyib: “Ətrafımdakı heç kim, içi mən qarışıq, xoşbəxt deyil. Təhlil etməyə çalışıram, ortaya bilinməyən təzadlar çıxır. Çox şəxsi səbəblərə görə yaxın bir dostuma “Cəhənnəm yaşayıram bu günlərdə” dedim. “Mən də” deyə cavab verdi. Çox düşündüm onun “cəhənnəm”ini. Sonra birdən “Mən niyə cəhənnəm yaşayım ki?” dedim, bir də ki, yaşadığımı sandığım cəhənnəmi başqalarına çatdırmanın, bunun barədə başqalarına deməyin tərifsiz və lazımsız müdafiəsinin nə mənası var? Öz “cəhənnəm”ləri içində olanlar, sizə, sizin cəhənnəmdə yaşadığınızı dedirtməkdən qəribə bir təsəlli tapırlar. Siz dərdinizdən nə qədər uzaq durmağa çalışsanız da, sözü ora gətirməyə cidd-cəhd edirlər. Sizin cəhənnəminizin bəlkə bir az daha böyük, bir az daha ağır, əzablı olması sanki onların ürəklərinə su səpir.

Birinci şeiri “Yad”, “Yeddi gün” dərgisində yayımlanıb. “Qaynaq” dərgisinin 1984-də keçirtdiyi müsabiqədə “Ərz-i Hal” adlı şeiriylə ikinci olub və Nurullah Ataç vasitəsiylə istedadlı şairlərlə tanış olub.

Türk şeirində xüsusi yeri olan T. Uyar şeirə həqiqi məna qazandırmağa çalışıb. “Tütünlər islaqdır” adlı şeiri 1963-cü ildə Yedditəpə Şeir Mükafatı, “Qayanı Deşən Əncir” 1982-ci ildə Necatigil Şeir Mükafatı, “Böyük Saat” isə 1984-cü ildə Sədat Səmavi Vəqfi Ədəbiyyat mükafatını qazanıb.

Barəsində “Dayanan bir saatdı ürəyim, həmişə səndə dayanır” misralarını həsr etdiyi həyat yoldaşı Tomris Uyar əvvəllər Cemal Sürəyyanın sevgilisi olub və yəqin ki, buna görə Cemal Sürəyya Turgut Uyar haqqında onun sağlığında heç bir şey yazmayıb. Ancaq Turgut Uyar öldükdən sonra Cemal Sürəya onun barəsində: “Öldüyü gün hamımız işdən atıldıq” və “Belə deyəndə daha çox yaxınlaşıram onun şeirinə: Turgut Uyar xüsusilə son illərdə böyük bir şeirin ortasını yazır. Bu şeir böyük bir gövdədir. Tərpəndikcə özünə bənzəyən gövdələr yaradır. Onu şeirimizin ilk sıralarına gətirən başqa xüsusiyyəti də vizuallığa qatdığı yeni imkanlardır. Düz mətnlərdən qorxmur, həmin mətnləri şeirə çevirir. Danışıq dilimizə yeni sözlər gətirir, ucları əvvəlki şairlərin sahillərinə toxunan “parodiyalar” qurur.” deyib. (Cemal Sürəyya, 1966)

Türk şeirində “ Kürdistan” sözündən istifadə edən ilk şairdir Turgut Uyar:

“Güllerin bedeninden dikenlerini teker-teker koparırsan
dikenleri kopardığın yerler teker teker kanar
dikenleri kopardığın yerleri bir bahar filan sanırsan
Kürdistanda ve muş - tatvan yolunda bir yer kanar-la başlayan şeirində.

Şair öz həyatındaki ilklər haqda belə deyir:

“Ankarada doğuldum. İlk xatırladığım məkan, iki mərtəbəli, iki mərtəbəsi də azca qaranlıq kiçik bir ev və bu evdə ilk zəhərlənmə..

Atam xəritə mayoru idi. Çalışqan adam, çox yaxşı xəttat idi. Ankaranın latın əlifbası ilə ilk küçə lövhələrini, gecələr boyu işləyərək o, yazmışdı. Ölümündən on beş gün əvvəlinə kimi çalışdı və hər axşam içdi rakısını.. Səksən yaşını keçmişdi öləndə.. İstanbula köçdük..

Məktəbə orada başladım. “Hırka-i Şerif Məktəbi” ya da “19-cu ilk məktəb”.

Musiqiyə ilk dəfə yaxınlığım alaturka ilə olmadı. Halbuki atam ud, ölən bacım skripka, balaca bacım telli sazı çala bilirdi. Musiqi ilə yaxınlaşmam Nəcib Cəlal Antelin tanqoları ilə başladı. Hər zaman ağlamağa fürsət axtaran hüznlü uşaq idim. Dördüncü sinifdə idim. Hələ dördbucağa “murabba”, əyriyə “sibinmünharif”, vurmaya “darp”, bölməyə “taksim” deyirdik. Bir il sonra, beşinci sinifdə oxuyarkən terminlər dəyişdi. Artıq nöqsanlı, mənfi; “düzbucaqlı” olmuşdu.

Sarsıdıcı, hüznlü, vecsiz ilk sevgim o illərə təsadüf edirdi. Məhəllə dostlarımdan birinin dayısı qızı... Onun da məndən xoşlandığını hiss etmək istəyirdim. Ancaq şalvarımın cibinin üstündə gizlədilməsi heç də asan olmayan cırığı vardı...

Hərbi məktəblərdə heç xoşbəxt olmadım. Çox vaxt “internat məktəblərində xoşbəxt olan uşaq yoxdur” deyə düşünürəm. Başqalarının, hətta konkret başqalarının da deyil, yad insanların təyin etdiyi və çox zaman absurd olan bir şeylər yaşamaq..

İlk şeirim 1947-ci ildə “Yeddi gün” dərgisində yayımlandı. Çox əhəmiyyət vermədim. Həyəcanlanmadım. İçimdə o dərginin şeir zövqünün yüksək səviyyədə olmadığı fikri vardı. Məndə inadkarlıq problemi vardı. Sonralar kiçik “Qaynaq” dərgisi ilə inad göstərməyə başladım. Bir il çəkdi. Bacardım...

1948-ci ildə püşk üsulu seçimilə Pasofa getdim. İyirmi bir yaşında, artıq evli və ata idim. Pasofa çatdığımız günün ertəsi ilk maaşımı, işə gec başladığım üçün ala bilmədim və ilk dəfə borc aldım. Mağazaya gedib lobya almaq istədim. Yox idi. Kəndlərdə hər kəsin qışlıq yemək ehtiyacını yayın ortalarından hazırladığını öyrəndim.

Deyəsən əhəmiyyətli olan ilklər deyil, şərtlərdir. Bir yaşda hamı dünyanı özünə görə görüb, özünə görə şərh edir.

“Hər şeydən bir az qalar”. İtalyan atalar sözüdür. Bu, fikir ən çox inandığım sözlərdəndir. Məsələ sevgiyə gəldikdə, ikinci də, üçüncü də, sonuncu da ilkdir.”


Və avqustun 22-i ölən şairin ölümündən sonra onun üçün aktyor və ssenarist Ferhan Şənsoy yazdı:

“ Avqustun 22-i dedilər
ustan ölüb
çox gülüncsən, Əzrail
Turgut Uyar ölərmi?”

Can Yücel:

“Mən Tugutla oturub danışanda
Həyatın ümman nəfəsini alanda
Dənizə getmiş kimi olardım həmişə
Fəth edərmişcəinə
“Dünyanın ən gözəl Ərəbistanı”nı
Şeirimizin ən qızıl saçlı dənizçisiylə”

Edip Cansever isə ona həsr etdiyi şeirdə belə deyib:

Mən Etilərdə yaşayıram – hər kəsin bir ünvanı olmalıdır-
Düşürəm yoxuş aşağı hər gün
Dənizə dəyməsəm olmaz
Günorta ilə axşam arası, axşamla günorta arası
Vərdişedilmiş zaman uzun-uzun bitir
Açıram xəfifcə bağlı dodaqlarımı
Hara,
Turgutdan soruşmalı, yaxşı bilər o,
əlində limonlu votkası
ey masalar, ey stullar
Edipin yeri boşdurmu küncdə, masanın yanı?
Mən belə qəmli deyiləm
Eləysə etiketsiz bir ərizə necə olmalı
Unudub baharı belə, necə olmalı
İndi,
Turgutun yanına gedirəm, necəsə yağış da yağmadı”

Şeirləri:

Hiçsizliğe
Tanrı, sen ne kadar güzelsin
bir hiç olarak
ormansın belki, bilmiyorum
belki ormanda bir ağaçsın şuncacık
bir pazartesi günüsün
insanları dupduru edemeyen
bütün karayollarında ve demiryollarında
gider gelirim bütün dünyada
ama biliyorum Kırşehir`de mezarsın
bir kilisesin Kapadokyada
sözgelimi yumurtada zarsın
ustasın sabahları yapmada
en katı yoklukları koyarak insanın içine
akşamüstlerinde biraz gaddarsın
sular ve zamanlar kararırken
ne yapalım, bari bağışlayalım
bir-birimizi


Göğe bakma durağı

İkimiz birden sevinebiliriz göğe bakalım
Şu kaçamak ışıklardan şu şeker kamışlarından
Bebe dişlerinden güneşlerden yaban otlarından
Durmadan harcadığım şu gözlerimi al kurtar
Şu aranıp duran korkak ellerimi tut
Bu evleri atla bu evleri de bunları da
Göğe bakalım
Falanca durağa şimdi geliriz göğe bakalım
İnecek var deriz otobüs durur ineriz
Bu karanlık böyle iyi aferin Tanrıya
Herkes uyusun iyi oluyor hoşlanıyorum
Hırsızlar polisler açlar toklar uyusun
Herkes uyusun bir seni uyutmam bir de ben uyumam
Herkes yokken biz oluruz biz uyumayalım
Nasıl olsa sarhoşuz nasıl olsa öpüşürüz sokaklarda
Beni bırak göğe bakalım

Senin bu ellerinde ne var bilmiyorum göğe bakalım
Tuttukca güçleniyorum kalabalık oluyorum
Bu senin eski zaman gözlerin yalnız gibi ağaçlar gibi
Sularım ısınsın diye bakıyorum ısınıyor
Seni aldım bu sunturlu yere getirdim
Sayısız penceren vardı bir bir kapattım
Bana dönesin diye bir bir kapattım
Şimdi otobüs gelir biner gideriz
Dönmeyeceğimiz bir yer beğen başka türlüsü güç
Bir ellerin bir ellerim yeter belleyelim yetsin
Seni aldım bana ayırdım durma kendini hatırlat
Durma kendini hatırlat
Durma göğe bakalım
***
Sonsuzluk
üç kere üç dokuz eder
bilirsin
birin karesi birdir
kare kökü de
bilirsin
"mutlu aşk yoktur"
bilirsin
Ama baharda ya da dışarda
sonsuz göğün altında
aşkın aşkla çarpımı
nedendir bilinmez
garip bir biçimde
hep sonsuzdur



Binlerce

binlerce pazartesi geçti ömrümde
hangisiydi o çıkaramıyorum
bir kiraz yediğimi hatırlıyorum kurtluydu
demek oldukça eski
bir de saçmasapan şeyler
bir kızın dizaltını örneğin
bir adamın çirkin sigara içişini
nasıl yaşanıyor bu vesayetli dünyada
hangi çılgınlar nasıl dayanıyor buna
kimsenin soyunu sopunu bulmak görevim değil
kendi öykümü düzenlemek yetiyor bana
güzel bir öğle vakti
eski güzel bir akşamı hatırlayarak
sonra dopdolu şeyler
damacanalar gibi
içim kabarıyor

sonu olsun diyorum
neyin sonu ama
hiç değilse bu taş basamakların


İlkin

Bunu kimse söylemedi belki düşündü
çünkü vardır insanın yaşamasında
uyku ve öfke gibi vardır
kimse söylemedi
tuzunu çoğaltan bir denizde
nasıl batarsa güneş öyle
ben de kaçırdım
ki gözüm bütün gün
günboyu lekelerde
kaçırdım ama şöyle de söylenebilir
şiirin bütün geçmişinin dışında
önceden açıklanan her şeyin dışında
örneğin en sıcak ülkelerin yazında
en soğukların kışında
yanarım üşürüm berbat olurum
hiç bir şeye yaramam
ama yine de seni severim
o zaman sen de beni sev
evet

Geyikli Gece şeirindən:
“Evet kimsesizdik ama umudumuz vardı
Üç ev görsek bir şehir sanıyorduk
Üç güvercin görsek Meksika geliyordu aklımıza
Caddelerde gezmekten hoşlanıyorduk akşamları
Kadınların kocalarını aramasını seviyorduk
Sonra şarap içiyorduk kırmızı yahut beyaz
Bilir bilmez geyikli gece yüzünden”


Kimsede görmediğim

Kimsede görmediğim bir şiir
yüzü al ve akşamı aşıyor
Eski bir tanrı gibi kendi dininde
Uzun süren bir dönemi düşlüyor olmalı
içindeki bir içkinin sıcaklığında
Suskunluğu bir başkaldırı olmalı
Elleri ayakları sinemalara bulaşmış
Romanlara bulaşmış
Genel helalara bulaşmış
Dağları iyi bilmediğinden
Denizleri anımsamış olmalı
Gözleri o yüzden çırpıntılı

Kara başlıklı geçmiş,
Sonsuz gelecek
Şimdi burda vakit gece ya
Bir yerlerde ey gözleri maden
Gündüz olmalı
Taşın içinde bir gündüz
Demirin, ağacın.

Şairin tanınan və çox sevilən misralarından:
“her insan bir uyumsuzluktur ölü olmayınca”
***
“saçlarımı hep kestim tutacak kadar kalmasın dedim,
çünkü bir başkaldırma ancak saçlarından tutulur”
***

***
“Cümbür cemaat aşka abanıyoruz”
***
“hiçbir şeye yaramam, ama yine de seni severim”
***
“bir maviyi durup dururken birine benzetiyorum”
***
“zamansız gelme
elim kolum dağınıksa sarılamam”
# 2101 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #