Sevgilimə sarı gülü verəndə...

Sevgilimə sarı gülü verəndə...
8 avqust 2012
# 11:27
Beş yaşımda anlamışdım bunu, məni rəsm dərnəyinə aparanda. Gülmüşdülər mənə ağacları sarı, otları göy rəngdə rəngləyəndə. Uşaqdır, anlamır deyə fikir verməmişdilər. Həvəsim var idi rəsmə. Oxuyub yazmağı öyrənmişdim özüm.

Gülürdülər məktəbdə mənə, bir ayağıma qara, digərinə tünd göy corab geyinmişdim. Kloun demişdilər mənə. Ağlayaraq evə qaçmışdım.

Tapşırmışdılar ki, işıqforun qırmızı işığı yananda keç.. Mənim üçün sadəcə yuxarı, orta və aşağı işıq var idi.. Yuxarı yananda keçirdim.

Bir gecə yuxu görürdüm. Çox qorxunc idi. Metroda idim. Rəngli idi hər şey. İnsanların üzü deyəsən yaşıl idi, metronun tavanı göy.

On altı yaşımda məndən 1 yaş kiçik qızı sevirdim. Görüşə gedəndə qırmızı deyə bildiyim gülü aldım. Sevgilimə verəndə "sarı gül almısan, qısqanırsanmı məni?" demişdi. Çox utanmışdım.

Həyatımda bir tək şeyin rənginə əmin idim. Sevgilimlə öpüşəndə hiss etdim. Dodaqları qırmızı idi. Ehtirasın rəngi olduğunu eşitmişdim hardansa.

Hamı mənə hər şeyi ağ-qara gördüyümü demişdi. Yalan deyirdilər. Ağ, qara... Bir də boz... Və bozun tonları…

Ən ağrılı şey insanların məndən "bu hansı rəngdir?" deyə soruşmaqları idi. Sanki ayaqları olmayan birinə qaç görüm deyirdilər, ona inanmadıqları üçün.

Homoseksual kişilərə "mavi" deyirdilər. Nəyə görə?. Dəriləri mavi rəngdə idi mi? Ya da saçları?

Bəzən hamının mənə qarşı birləşib özlərindən hər şeyə rəng qatdıqlarını düşünürdüm.. Sonra əl çəkdim bu uşaq düşüncələrindən.. Qəbul elədim gerçəyi, həqiqəti..

Rəng koru idim mən.
# 1890 dəfə oxunub

Oxşar xəbərlər

Muminlər vadisinin yaradıcısı: Tuve Yanssonun sehrli dünyası

Muminlər vadisinin yaradıcısı: Tuve Yanssonun sehrli dünyası

14:00 27 iyun 2026
Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

15:00 25 iyun 2026
"Sevinc Çılğın bu şansı qaçırtdı" - Hekayə müzakirəsi

"Sevinc Çılğın bu şansı qaçırtdı" - Hekayə müzakirəsi

15:00 24 iyun 2026
"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

12:30 24 iyun 2026
"Xatirə və gerçəklik arasında incə  sərhəd..."  - "Torpağın ruhu" oxucuya nə deyir?

"Xatirə və gerçəklik arasında incə sərhəd..." - "Torpağın ruhu" oxucuya nə deyir?

18:45 23 iyun 2026
Gürcü ədəbiyyatının faciəvi taleli şairi - Lado Asatiani kim idi?

Gürcü ədəbiyyatının faciəvi taleli şairi - Lado Asatiani kim idi?

15:45 23 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər