İran səfirliyi azərbaycanlı jurnalistlərin müraciətinə cavab verməyib

İran səfirliyi azərbaycanlı jurnalistlərin müraciətinə cavab verməyib
20 iyul 2012
# 17:16
Azərbaycan jurnalistlərinin İrana səfərlə bağlı müraciətlərinə cavab verilməyib. İranın Azərbaycandakı səfirliyinin mətbuat katibliyinin əməkdaşı Əli Namdar APA-ya açıqlamasında deyib ki, bir qrup Azərbaycan jurnalistinin İrana səfər etmək niyyəti ilə səfirliyə etdiyi müraciətə cavab veriləcək: “Hələlik isə səfir Məhəmmədbağır Bəhraminin Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə səfirlikdə işlər bir qədər artıb. Bu səbəbdən də jurnalistlərin müraciətinə hələ cavab verilməyib”.

Ə. Namdar yaxın vaxtlarda azərbaycanlı jurnalistlərin müraciətinin dəyərləndiriləcəyini də vurğulayıb.


Qeyd edək ki, Azərbaycan jurnalistləri İranda həbs olunan azərbaycanlı gənc şairlər Fərid Hüseyn və Şəhriyar Del Gerani (Hacızadə) barədə ətraflı məlumat almaq üçün İrana getmək niyyətindədirlər. Səfər Lent.az-ın təşəbbüsü ilə həyata keçirilir. Lent.az-dan Səbuhi Məmmədli, APA-dan Ramil Məmmədli, “Salamnews”dan Fərdin İsazadə, “Yeni Müsavat”dan Fərahim İlqaroğlu, “Mərkəz.az” saytından Mahir Məmmədov, habelə müstəqil jurnalist Cəmil Məmmədlidən ibarət jurnalist heyəti İrana getmək üçün səfirliyə müraciət ediblər. Həmçinin, “İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri, jurnalist Eynulla Fətullayev də bu təşəbbüsə qoşulub.

Xatırladaq ki, bu il aprelin 29-da poeziya festivalında iştirak üçün xüsusi dəvət əsasında İran İslam Respublikasına səfər edən Fərid Hüseyn və Şəhriyar Del Geraninin (Hacızadə) bu ölkədə həbs olunublar. Hadisədən 2 aydan çox keçməsinə, Azərbaycan Xarici İşlər Nazirliyinin İran tərəfinə verdiyi rəsmi notalara, Azərbaycanın Tehrandakı səfirliyinin, Təbrizdəki konsulluğunun gərgin çalışmalarına, Azərbaycan ictimaiyyətinin müxtəlif nümayəndələrinin müraciətlərinə, həbs olunan gənclərin valideynlərinin xahişlərinə baxmayaraq, İran rəsmi qurumları bu müddət ərzində Azərbaycan tərəfinə konkret məlumat verməyib.
# 1906 dəfə oxunub

Oxşar xəbərlər

"Sən də bilmə, Lavinia..." - Özdemir Asaf məşhur şeirini kimə yazmışdı?

"Sən də bilmə, Lavinia..." - Özdemir Asaf məşhur şeirini kimə yazmışdı?

18:21 11 iyun 2026
"Mətnlərə bərbər kimi yanaşan redaktorlar..." - Yaxşı roman necə ərsəyə gəlir?

"Mətnlərə bərbər kimi yanaşan redaktorlar..." - Yaxşı roman necə ərsəyə gəlir?

12:00 11 iyun 2026
Adı əlindən alınan tatar şair - O, niyə Sibirdə çobanlıq etməyə məcbur olmuşdu?

Adı əlindən alınan tatar şair - O, niyə Sibirdə çobanlıq etməyə məcbur olmuşdu?

14:00 10 iyun 2026
"Moizə xalqı avam saxlamaq üçündür!" - Məmməd Cəfər ruhanilər barədə nələri yazmışdı?

"Moizə xalqı avam saxlamaq üçündür!" - Məmməd Cəfər ruhanilər barədə nələri yazmışdı?

12:00 10 iyun 2026
Ruhun dirilişi və insan ləyaqətinin qayıdışı - Günah yalnız bir nəfərin boynundadırmı?

Ruhun dirilişi və insan ləyaqətinin qayıdışı - Günah yalnız bir nəfərin boynundadırmı?

10:00 7 iyun 2026
"Gərək özünüz öləsiniz..." - Müəllif oxucunu hansı sualla baş-başa qoyur?

"Gərək özünüz öləsiniz..." - Müəllif oxucunu hansı sualla baş-başa qoyur?

14:50 3 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər