Şamil Süleymanov: “Qeyrət hər nədirsə, papaq deyil”

Şamil Süleymanov: “Qeyrət hər nədirsə, papaq deyil”
21 iyun 2013
# 11:32

Kulis.Az “Tək Kəlmə” layihəsinin qonağı aktyor Şamil Süleymanovdur. Bu layihənin qonaqları bir kəlməlik suala tək kəlmə ilə assosiativ cavablar verirlər.

- Kino

- Hərdən öz cavanlığına baxmaq.

- Müsəlmançılıq

- Hamını sevmək.

- O qadın

- Həmişə yanımdadı.

- İnternet

- Əziyyətsiz informasiya.

- Azərbaycan teatrı

- Abbas Mirzə.

- Türkün məsəli

- Novruzəli. “Poçt qutusu”ndakı Novruzəli.

- Allah

- İnanıb güvəndiyim.

- İnqilab

- Tarix müəlimim.

- Jurnalist

- Rza bəy. Rza bəydən Mirzə Cəlilədək çətin və şərəfli yol.

- Toy

- Səs-küy. Umu-küsü. Əlçatmaz xoşbəxtliyi gülər üzlə bəy gəlinə arzulayan sifətlər.

- Milli

- Özümünkü.

- Məktəb

- Zəng.

- Qarabağ

- Şuşa, Natəvan, Üzeyir, Bülbül...

- Qocalıq

- Cavanların dalınca yerli yersiz deyinmək

- Qeyrət

- Hər nədirsə, papaq deyil.

- Qonorar

- Arvad üçün qadınlar bayramı.

- Vətən

- Mən bilmirəm bu pafosdur, nədir, amma mən onsuz qala bilmirəm.

- Arvad-uşaq

- O qadın...

# 3333 dəfə oxunub

Müəllifin son yazıları

# # #