“Oskar”a səsvermə qaydaları sadələşdirilib

“Oskar”a səsvermə qaydaları sadələşdirilib
6 may 2013
# 10:37

ABŞ Kino Akademiyası «Oskarı»ın bir neçə nominasiyası üzrə səsvermə qaydalarını dəyişib. Kulis.Az-ın xarici mətbuat orqanlarına istinadən verdiyi xəbərə görə “Ən yaxşı xarici film” və “Ən yaxşı qısametrajlı sənədli film” nominasiyalarına akademiyanın bütün üzvləri səs verəcək.

Bundan əlavə, akademiyanın üzvləri filmi böyük ekranda və ya DVD-də görüb-görməməklərindən asılı olmayaraq səs verə biləcəklər. Bundan əvvəl filmə yalnız kinoteatrda böyük ekranda baxmış adamlar səs verə bilərdilər.

Qaydaların dəyişməsinin müzakirə edildiyi görüş “Beverli Hills”də “Qoldlwin theatre”də keçirilib və Nyu-York telekanallarında göstərilib.

Akademiyanın prezidenti Xoka Koxanın sözlərinə görə, görüşdə “əsl dialoq” baş tutub. Akademiyanın nümayəndələri bundan əvvəlki qaydalardan razı deyilmişlər.

Amerikanın kino sahəsində əsas mükafatı “Oskar” ın təqdimetmə mərasimi hər il martın əvvəlində Los-Ancelesdə keçirilir. Səsvermənin dəqiq qaydaları və ümumiyyətlə, namizədlik barədə məlumatları akademiya gizli saxlayır.

# 2057 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #