Lent.Az|   




KULİS+
Sevgililər gününün sonu...

Etibar Salmanlı


14 fevrala aid yazı yazmaq fikrim var idi. Sadəcə, həmin gün haqqında deyilmiş yüzlərlə fikirdən sonra bu istəyimdən vaz keçmişdim.

Sırf insanların bu günü necə keçirdiyini bilmək üçün nəqliyyatda, parkda insanları müşahidə edirdim.

Səhər evdən çıxandan beynimdə “görəsən bu günü necə keçirirlər?” fikri ilə gəzirdim küçələrdə. Axşam evə qayıdanadək bir çox hadisənin şahidi oldum. Ancaq evə qayıdarkən avtobusda gördüklərim bu yazının yazılması üçün mənə kifayət qədər səbəb verdi.

Hər zaman gecə evə qayıdarkən avtobusdakılara fikir verirəm. Adətən qadınlar üstünlük təşkil edir avtobuslarda. Ancaq bu gün fikir verdim ki, avtobusda qadın çox azdır.

Yəqin ki, məlum “gün”lə bağlıdır. İşgüzar xanımlarımız bu günü ya sevdikləri ilə, ya da ki, istirahətlə keçirirlər.

Hər zaman olduğu kimi orta sıralarda özümə yer tapıb, kitab oxuyurdum. Qarşımda da iki sevgili əyləşmişdi. 10 dəqiqə ərzində istəmədən də olsa bəzi söhbətlərinin qulaq yoldaşı oldum.

Yaşları elə də çox olmazdı.

Heç əlaqələrinin də yaşı çox deyildi, mənim fikrimcə.

Hər halda indi məktəbdən başlayan sevgi hekayələrini ancaq “Yeşilçam” filmlərində görmək olar.

Aralarındakı söhbətlər fonunda avtobusun sərnişinləri də çoxalırdı. Bir qadın gəlib düz bizim başımızın üstündə dayandı.

Qadın həddən artıq gözəl olmasa da geyiminin onu gözəl göstərdiyini etiraf etməliyəm.“Sevgililərdən” güclü cinsə mənsub olanı ayaq üstdə dayanmış zərif cinsin nümayəndəsinə yer verdi. Özü də başı üstündə dayandı.

Arada baxırdım ki, oğlanın gözü yerini verdiyi qadının sinəsindədir. Maraqlı bir hadisənin baş verəcəyi qaçılmaz idi.

Deyəsən, oğlanın sevgilisi də bu hadisəni müşahidə edirdi.

Qəfildən qız ayağa duraraq sürücüdən avtobusu saxlamağı xahiş etdi.

Qapıya tərəf keçərək əlindəki qızılgülü oğlana verdi.

Aşağıda olarkən isə oğlanın arxasınca düşmək istədiyini görüb bir cümlə işlətdi ki, mən bu yazını yazmağa qərar verdim. Qız oğlana “hara gəlirsən? Get yerini verdiyin o qızın yanında otur” deməsi ilə avtobusun sürücüsü qapıları bağladı və yola davam etdik.

Ayaq üstdə qalmış oğlan da çox maraqlı bir ifadə işlətdi ki, onu da yaddan çıxarmaq insafsızlıq olardı.

“Sənə dedim ki, bu gün 14 fevraldır, bu dəfə taksi ilə gedək...”

Ümümilikdə bu günün fərqini anlamaq mənim özümə bir az çətin gəlir...

Məncə, hansısa bir günü daha çox önəmsəmək yersizdir.

Sevginin, insanın ürəyindən gələn hisslərin hansısa günə və ya çərçivələrə salınması onsuz da mümkün olan bir iş deyil.

Ona görə də günlərdən hansı gün olursa - olsun, mənim fikrimcə, o məhşur ifadədə deyildiyi kimi “Savaşmayalım, sevişelim”...

Sevgililər gününün sonu... - Lent.az Paylaş: Facebook Twitter GooGle Myspace
  • Oxunma sayı:849

Şərh Yaz
votedemo
X
Yüklənir........
  Şərhlər Sayı: 6 
Elchin Mann yeri var ! )
L.A çox komik aşk hekayesi))) bunlar heyetde tanış olan sevgililerdi de...sokakda bulduğunu sokakda kayb edersin)) qızın qısqanclığı normaldı ama atdığı addımla seviyeden düşdü, eksine özünü elə aparmalı idiki, oğlan utanmalı idi hereketinden. ama oğlanın hereketi de çox hörmetsizlikdir. yanında biri var da acgöz... bizim bezi oğlanların bu acgözlüyü dünyaya sığmaz...indi o qizin facebookda paylaşdığı statusları merak edirem))
Umid Xazar Bəlkə qız oğlanı təmin edə bilmirmiş ki, o bədbəxt də qısa zamanda belə hərəkət edib))
Aynur çox maraqli idi, hetda gülüşe bele ( istehzayla) sebeb oldu. “Sənə dedim ki, bu gün 14 fevraldır, bu dəfə taksi ilə gedək...” qaninda olana dexli yoxdu......
Saida Umid Xezer, nece yenitemin etmirmish.... teze tanish oldugun qiz oglani nece temin etmelidir ki. tutaq ki temin etdi, o zaman da o oglan deyecek ki, bu qiz aile qurulasi qiz deyil, tez temin edir..... bezi oglanlar nece de axmaqdirlar
Cicek Esedova mence oglana ayib olsunki bu gunde bu cur hereket edib,qizdaki gerek uzune vurmayardi,bir sozle her 2-si gunahkardir.

Digər yazılar

“Tükəzbana məktublar” – 1

‘’Çevrilmə’’

Eldar Baxışdan yazıçılar haqda seçmə lətifələr

Qadınlar həyatı yaşamır, oynayır

Rafiq Tağının qatili və mən

Özümü dələn dəli istəklər

AYB arqumenti: “Sizin ananız-bacınız yoxdur?”

İşğaldan sonra 3 gün Şuşada gizlənən azərbaycanlı

“Molla dayı mənə yaxınlaşıb yanımda oturdu və mənə dedi ki...”

Sevda Sultanova

Bir səhifəlik yazının qonorarı bənnanın o boyda hörgüsündən ucuzdu

Vəli Xuluflu: Koroğlu dastanını çap etdi və güllələndi

Qərbdə “Şərq ab-hava”sı yaradan: “qorqudşünaslığ”ın əsasını qoyan H.F. fon Dits

Qəşəm Nəcəfzadə: “Anar müəllim çox əziyyət çəkib”

Azərbaycan nəfəsliyi lazımdır

Nə pafosla, nə süniliklə reytinq yığmaq olmaz

Təkliyin formulu

“Gemoroy”

Qafqazlı gənc "Titanik"də olmayıbmış

«Kitabi-Dədə Qorqud» eposu və Anarın «Dədə Qorqud» povesti

Göyqurşağı

Arxası yağlanmış xoruz

Şərab yalnızlığı

Eyvaz Əlləzoğlunun əliçıraqlı balaları...

Saqqız çeynəməyin süjet xətti

Kənan Hacı: “Pərvizi biləndə o qədər sevindim ki...”

Seks qadınları məğlub edir

Həqiqət və yalan polemikası

Bir fəsillik eşq

Don Juan

Rafiq Tağıya son arzum

“Yazıçının maddi səviyyəsi yaxşı olmalıdır ki, o yazmağa vaxt ayıra bilsin”

Biz “azeri” deyilik

Cəsur Topo NAĞIL

Eşşəklər kafesində

“Palçıqdan saxsı düzəldən ustalar kimi əlləri ilə bütün bədənimdə gəzişdi...”

Bəziləri kitab təqdimatına tələsir, bəziləri nazlı sənəmlərlə görüşə...

Siyasətçinin hekayəsi

Tərcümə ədəbiyyatının qüsurları-POLEMİKA

Serrozun danışdırdığı Adil Mirseyid...

İnsan eşşək olanda

“Foqts getdikcə bizə oxşayır”

Bundan daha gözəl şeirim heç olmayıb...

MƏNƏ YALAN DE...

Sevgilisi də ona baxırdı. Qəribə sevgilisi vardı...

“Mən içkiyə məğlub olmuş nəslin övladıyam”

İdim

Bir qadın fahişə olubsa

Dənizə atılmış həyat filmi

2013-cü ili “Mədəniyyət İli” elan edək...




Köşə
Proyekt
”Sədrlikdən getmək fikrim yoxdur”
Qutu
“Bir zamanlar bu evdə Mandelştam və Mayakovski yaşayırdı “
Hücrə
"Seçmə şairlər, seçmə şeirlər": Əli Kərim
Kulis TV
Foto-xəbər
Sorğu

Sizcə uğurun açarı hansıdır?
İradə və inam
Təhsil və inkişaf
Cəsarət
Ağıl
Maraq
Ümid
Davranış
Sevgi
Digər


Nəticələr

Kulis+
(Frans Kafkalara ithaf)

Top 10
HAQQIMIZDA © 2011 Kulis.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 5.x ilə tam dəstəklənir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.