Kimsə maraqlanmasa da həmişə insanlar ölür

 

Sən qədəhinə içki doldurub

Bir böcəyi tapdayıb

Və ya saatına baxıb,

Barmaqlarınla qalstukunu

Düzəltdiyin vaxtlarda

Bir yerlərdə insanlar

Ölür.

Güllələrlə dəlik deşik,

Qorxunc alovlar içində

Adı qəribə kəndlərdə

Kimsə maraqlanmasa da səbəbiylə

Həmişə insanlar ölür.

Həbsxana divarlarının ardından

Gəlib keçir yanvar

Və mən eşidirəm

Nəğmə söyləyir məhbuslar.

Hücrənin kərpic divarlarında

Səslənir bu nəğmə.

“dostlarımızdan biri də

Qovuşdu özgürlüyə...”

Sən hələ eşidəcəksən

Məhbusların nəğməsini,

Gözətçilərin ayaq səsini.

Sən də nəğmə söyləyəcəksən

Qoşulacaqsan onlara,

Əlvida deyəcəksən yanvara.

Və dönəcəksən üzünü pəncərəyə

Yavaş-yavaş havanı

Çəkəcəksən içinə.

Və mən yenidən

Yeriyirəm dəhlizlərdə,

Dərin düşüncələr içində.

Ayların və mövsümlərin

Olmadığı uzaq bir yerlərə.

Bitməyən zamana doğru.

Əslində isə bitdi bir sorğu

Və məni gözləyir növbəti sorğu.

 

LENT

23 İyul 2018
22 İyul 2018
21 İyul 2018
20 İyul 2018
19 İyul 2018