Sən yalnız unudulanda rahat olacaqsan...

 

Küçə itlərinin bayırda azadlıq günəşi axşamlar adamlar yatırkən evdə işıqları söndürəndə doğur.
 

İstedadlı insanların yaradıcılıq günəşi də belədi, onların ulduzları sönməsə, parlamır...

Ciddi yazarların əmək haqqı ailələrini istədikləri kimi saxlamağa imkan vermir adətən. Aldıqları qonararın maaş günü içki məclislərindən sağ qalan hissəsi ilə ayı başa çıxartmaq, onlara sonadək dözə bilən sevgili qadınların yeganə çıxış yolu olur ömrü boyu...
 

Axşam evə içkili gələcək yazıçı ərinin uşaqlığına dözməli olan belə qadınların, genetik kodu istedadlı sayılan uşaqlarını doğru düzgün tərbiyə etməyə vaxtı çatmır heç vaxt...

Ölən insanın cənazəsinin ağırlığı əslində onun ürəyində qalan arzular qədərdi...


Yaradıcı adamların arzularının yağı özlərinin yaratdıqlarına, xanımlarının üzüntüsünə və övladlarının əskiyinə əriyib gedir deyə, cənazələri ətrafdakı kədərdən xeyli yüngül görünür. Kimi daşıyırıq- düşüncəsi çiyinlərə sevgili ağırlıq hissini normal keçirməyə imkan vermir beləlri çürüməyi yer altında davam etdirməyə gedirkən...

Eyni cənazə ətrafında eyni cənazə haqqında onlarla, yüzlərlə fərqli düşüncənin eyni istiqaməti eyni sürətlə necə getdiyini görmədinizmi heç?...
Sonrakı ziyarətlərdə fərqinə vardınızmı yazarların məzarı digərləri ilə müqayisədə nə qədər ucadan susur...


Ey, yaradıcı insan, fırtınalı havada dəniz kənarına get və gücün çatan qədər ucadan qışqır! Əgər sənin şəhərində dəniz yoxdursa, dəmir yolunun gözdən uzaqdan keçən yerdəki kənarına get də qatar gözlə....


Unutma ki, nə qədər yazsan da, yaratsan da bu dünyada sənin özünə qalan yalnız ucadan qışqırmaq olacaq...


Çünki sən, adamlarla küçə itləri arasındakı qaranlıqda yaşamaq üçün yaradılmış və bədbəxtliklərin ən gözəlinə məhkum edilmiş, qəbri dəli kimi susmağı ilə ziyarətçilərini incidəcək işıqlı bir varlıqsan. Və sən yalnız tamam unudulanda rahat olacaqsan...

 

LENT

25 Aprel 2018
24 Aprel 2018
23 Aprel 2018