Lent.Az|   




Hücrə
Rafiq Tağının Kulisdə çap olunmuş son yazısı

İran və qloballaşma qaçılmazlığı

İslamı dünyada ifşa edən, həyat tərzini dini-fantastik süjetlərlə quran, elmin az qala ancaq Quran təfsirlərindən ibarət olduğu İran adlı bir dövlət artıq bəşəriyyət üçün dözülməz olmuşdur. Bu dövlət müharibələr zibilliyi olan tarixi ilə mütəkəbbir görsənməkdə, mədəni dünyanı hədələməkdə davam edir.

İran mədəniyyəti humanizmdən xəbərsiz və uzaqdır.

Türklüyün mahiyyətini anlamamış, gözümüzə soxduqları Firdovsi belə insanlıq üçün ideal ola bilməz.

Müasir İran – asanlıqla dağılası mifdir.

İsraili yer üzündən silməyə çağıran, nəhəng kəşfləri ilə bəşəriyyəti gələcəyə tullamış, peyğəmbərlər milləti yəhudilərə daim nifrət aşılayan, Nürnberqdə Beynəlxalq Hərbi Tribunalın, hətta indiyəcən yəhudilərə təzminat ödəyən almanların da, tanıdığı Holokostu heç cür tanımaq istəməyən, imam Mehdi sahib-əz Zamanı İran ərazisində şəxsən özü qarşılamağa hazırlaşan bir dövlət başçısına, konkret olaraq Mahmud Əhmədinejada, ya bahar bayramı Novruzu islama uyğun saymayan, edam olunandan sonra təqsirsizliyi-günahsızlığı bilinənlərin birbaşa cənnətə gedəcəyini bəyan edən, qadına boşanmaq hüququnu kişinin cinsi alətinin yoxluğu sübuta yetirildiyi halda tanıyan, inkişafı çoxarvadlılıq yolu ilə - həşərat kimi çoxalmaqda görən, öz millətlərinin belə yazıb-oxumaq haqqını tapdalayan dini ölkə rəhbərlərinə qətiyyən ağıl sahibi demək olmaz.

Teokratiyaya insanlıq çoxdan yox deyib; bu sayaq mübahisələrə yüzillərdir nöqtə qoyulub.

Çağdaş dünyada teokratik dövlət eybəcər və qorxuncdur.

Şəriət qanunları sivil hüquqla dissonans təşkil edir.

İran öz ambisiyaları ilə mədəni dünyada təcrid vəziyyətindədir. Təəssüf, əldə olunacağı təqdirdə atom silahını da yuxular, ya vəhylərlə idarə edəsi İran mədəniyyətlə yox, artıq yalnız vəhşiliklərlə dünya üzünə çıxmaqdadır.

Daha bilmirlər ki, indi ən nəhəng vəhşiliklər də ram ediləndir.

İnsanlıq dünyəvi ədalət istehsal edən gücə malikdir.

Müstəqil Azərbaycan Respublikasına İrandan gələn təhdidlər gülünc görsənir. Dediyim kimi, İran bizi barı korşalmış bir mədəniyyətləsə də yox, zoru ilə təəccübləndirir.

Onsuz da arxaik olan İran mədəniyyəti artıq barbarlıq həddinə çatmışdır.

Cənnət-cəhənnəm tərbiyəsi görmüş mənəviyyat yoğun bağırsaq kimi buynuzlu soxulcanlar yetirər.

***

İran kimi totalitar dövlətlər yada düşdükcə, qloballaşmanın vacibliyinə, onun qaçılmazlığına bir daha əmin olursan. Qloballaşma artıq fəsadlar törətməkdə olan mədəniyyətləri lüzumsuz edir. İrandakı hərbi təkəbbür doğuran, insanları təhdid edən mədəniyyət bəşər sivilizasiyası üçün atavizm sayılmalıdır.

Qloballaşma bütün dünyada inkişafı ləngidən milli ənənələrin ləğvi demək olardı.

“Yer kürəsi bəşəriyyətin təkotaqlı mənzilidir,” – bir vaxt mən yazmışdım. Dünyadakı bütün insanlar yerdaşlardır.

Qloballaşma totalitarlığı istisna edir.

Qloballaşmada dinlər Allah adından yalanlar kimi üzə çıxır, rahat və təhlükəsiz həyatı şərtləndirən açıq cəmiyyətlər bütün dünyada bərqərar olur, insanlar bir-biri ilə asanlıqla anlaşır. Dünyanın yalnız elmi dərki vacib görsənir. Milli-dini naqisliklər birdəfəlik tarixin arxivinə gömülür. Ziyanlı tarixi biliklər utilə çevrilmiş olur.

Yeri gəlmişkən, tarix qarı düşmənçilik mənbəyidir.

...Gəlsənə, qloballaşmanın nəfinə fikirlər yürüdək.

10 noyabr 2011-ci il

Rafiq Tağının Kulisdə çap olunmuş son yazısı - Lent.az Paylaş: Facebook Twitter GooGle Myspace
  • Oxunma sayı:3506

Şərh Yaz
votedemo
X
Yüklənir........
  Şərhlər Sayı: 20 
GODOT! Bura ədəbi saytdır! Belə yazıların artıq marağı yoxdur. Pensiyanerlərin parklarda domino oynayaraq danışdığı söhbətlərə bənzəyir Rafiq Tağının yazdıqları.
Amil Yazırsız ki, "elmin az qala ancaq Quran təfsirlərindən ibarət olduğu İran" Həkimsiz, bilməlisiz ki, tibb orda hansı səviyyədə (yəni yüksək) inkişaf edib. Eləcə də başqa sahələr. Bir şeyi dəqiq biləmiş bu cür fikir yürüdürsüz. Amil.
Fuad Kamaloğlu Adama deyərlər yazarsan get yazarlığını elə də.Sən nkimsən axı siyasətə girişəsən.Əvvəla dini ölkə olan İran sənin dünyəvi ölkənin yatsa yuxusuna girməyəcək elmi və sosial inkişafa nail olmuşdur.Bəşəriyyət üçün isə daha dözülməz sionist İsrail və ABŞ-dır.İran yəhudilərə qarşı deyil sionistlərə qarşı mübarizə aparırt.Bəsdir daha sinistlərə yaltaqlıq etdiniz.Holokost faciəsi isə sionist-masonların uydurmasından başqa bir şey deyildir.Qloballaşma siz qandığınız kimi fəsadlar törətməkdə olan mədəniyyətləri lüzumsuz edən bir şey deyil.Qloballaşma qərb mədəniyyətini 2-3 dünya ölkələrinə sırımaqdır.Qloballaşma bizim kimi millətləri məhv edərək nəhənglərin içində əridib batırmaqdır.Sizlərin kimlərin dəyirmanına su tökdüyünüzü ağıl sahibləri çox yaxşı dərk edir.Şəriətində nə olduğunu get yaxşı-yaxşı öyrən.Bilmədiyi,qanmadığı bir şey haqqında ağzı köpüklənə-köpüklənə danışmaq heç kimə hörmət gətirməz.
GODOT! Çox hörmətli Amil və Fuad Kamaloğlu! Yazdıqlarınızla hardasa razıyam. Yuxarıdakı yazı ilə qətiyən razı deyiləm. Öz şərhimdə də bunu bildirmişəm. Lakin diqqətinizə çatdırım ki, indilərdə bu 3 şərhi görən "Tarktorist" və "Sovet Adamı" adlı donqili şərhcilərin təhqiramiz şərhlərini oxumağa hazır olun! Bu iki zavvalı şərhcilər Rafiq Tağının mənasız və məntiqsiz yazılarının advakatlığını edirlər. Mən əslində bunların kimi olduğun bilirəm. Ama nə isə sora yazarma bunlar kimdirlər...
GODOT! Çox hörmətli Rafiq Tağı! Şəxsi başa düşməyin, bəlkədə Siz çox yaxşı bir insan, yaxşı bir ata, yaxşı bir oğul, yaxşı bir nəvə, yaxşı bir müəllim, yaxşı bir oxucusunuz lakin yaxşı bir yazar deyilsiniz! Sizdən xahişim imkan varsa yazmayın, çünki yazılarınız çox maraqsız olur.
Necmə Bar-bar, cahil saydiginiz İrandan goturmeye ehtiyacimiz olan seylerde var.Bizim hekimlerin. professorlarin illerle sagalda bilmediklerini onlarin adi hekimi edir. Bir nece defe sahidi oldugum ucun deyirem bunlari....
Amil GODOT, Rafiq Tağı yaxşı yazıçıdır, amma bu cür mövzular onluq deyil. Diletant səviyyəsində yazır bunları. AMma yaxşı yazçıdır. Amil
Aytac ela yazidir,Rafiq bey.
Rafiq Tağı Əzizim Qan Turalı bəy, açığı, Godot artistizminiz uğursuzdur. Üstü qanlı-palçıqlı həqiqətlərin çırıl-çılpaq göründüyü zəmanəmizdə bu maskarad arxaik görünür. Özü də Godot Qan Turalı ilə müqayisədə primitiv, səbirsiz, kəmfürsət, hətta tərbiyəsizdir. Əzizim Qan, gəlsənə, Godotu birgə tərbiyə edək və dərhal da ona verəcəyimiz bu tərbiyəni əxlaqın atributu sayaq. Maskaradda hətta dovşan, ya zürafə rolu seçsəydiniz belə, bu, Godotdan abırlı alınardı. Ancaq ay Qan Turalı, onsuz bütün bu godotlar mənim sizə olan hörmət və ehtiramımı zərrə qədər də azaldan deyil. Buna həm də talantlı insanlara olan ümidlərim yol vermir. Sadəcə, insan hətta gənclikdə də bir az tərbiyəli şıltaq olmalıdır. Görüşənədək.
GODOT! Çox hörmətli Rafiq Tağı istər inanın istər inanmayın amma GODOT Qan Turalı deyil. O, ki, qaldı tərbiyə məsələsinə GODOT həm baxca tərbiyəsi, həm məktəb tərbiyyəsi, həm inistutt tərbiyəsi, həm əsgərlik tərbiyəsi ən əsas da ailə tərbiyəsi görmüş birisidir. Bu səbəbdən də Siz heç vaxt GODOTU tərbiyyə edə bilməzsiniz. Fikrimcə yuxarıdakı yazıda olan şərhlərimdə heç bir tərbiyyəsiz söz və ya ifadə yoxdur. O, ki, qaldı şərhlərimə tənqidi deyil, təhqiri yanaşanlara verdiyim cavaba (ki, Traktorist və Sovet Adamının Siz olduğundan əminəm) bu da ki, tərbiyyəsizlik deyil, Təsirə qarşı Əks təsir refleksidir! Sizin yazarlığınızı bəyənməməyim əgər tərbiyəsizlikdirsə onda Sizin yazarlığınızı bəyənməməkdə haqlıyam. Siz tənqidə tab gətirə bilmirsiniz və şəxsi fikirləri tərbiyyəsizlik kimi başa düşürsünüzsə buna GODOT neyləsin? Mən Orxan Pamuku, Yaşar Kemali, Zülfü Livanelini, Filip Rotu, Şoloxovu, Paulo Koelyonu, Markesi, sizin bəyənmədiyiniz Mirzə Cəlili, Mirzə Ələkbər Sabiri oxuduqdan sonra Sizin yaradıcılığınızı necə bəyənim?
GODOT! Rafiq Tağı! Siz yazınızda konkret olaraq müharibə tərəfdarı olduğunuzu göstərmisiniz. Lakin bunu unutmusunuz ki, dünyanın bir çox yazarları, bəlkədə əksəriyyəti aktivistdirlər (müharibə əlehdarı).Knut Hamsun kimi isdedadlı bir yazar Hitler tərəfdarı, dolayısı ilə müharibə tərəfdarı olduğu üçün öz dövründə və sonralar az sevilidi. Hətta onu sevərək oxuyanlar Hamsunun kitablarını yandırdılar). Nə tutmusunuz e Qloballaşma deyə? Mən İran tərəfdarı deyiləm, lakin müharibə olsun, oradkı insanlar qırılsın bunu da qətiyyən istəmirəm. İndi bu yazını oxuduqdan sonra Sizə necə humanist-yazar deyək? Bilirəm yenə anlaşılmaz, absurd cümlələrlə cavab yazacaqsınız. Olsun yazın. Yazdıqlarınız onsuz da rəğbət görmür. Yaxşı ki, Mən arada sizin yazılara şərh yazııb Sizi sevindirirəm. Yoxsa kimid e Sizin maraqsız yazılara şərh yazan? Onun üçün də GODOTUN qədrini bilin.
azer men iranda olmusam o qederde pis yer deyil.insanlari yaxsi yasayir amma insanlar biraz Medeniyyetden xebersizdiler ne qeder muasirleshelerde mence effekt vermeyecek.uzun illerdir ki 2 olkede xesteliyime qore mualice olunuram amma neticesiz hazirlasiram irana gedem deyirler cox savadli hekimleri var.inaniram orda sefa taparam inshaallah.
Muslimka Cox isteyerdim ki, Rafig Tagi biraz dinden de bir sey oyrensin. Israilin terefini saxlayan Tagi bilmelidir ki, Novruz bayrami esl muselmanlarin bayrami deyil. Bu bize de aiddir. Atesperestlerin, oda sitayis edenlerin bayramidir. Biraz bu barede melumatlanin ay camaat. Novruz bayramin tarixcesini cox adam bilmir. Her halda dinle, seriete uygun yasamaq hamisindan yaxsidir. Yoxsa ki, bizim seherde hami soyunub lut gezir........ Ne deyim Tagiya , az danishsin ailesine yazigi gelsin. Allah ona sefa versin
Fuad Kamaloğlu Rafiq Tağını sevməsəmdə ona qarşı vəhşiliyi pisləyirəm.Allahdan şəfa və hidayət arzu edirəm
Rəşad Qloballaşmaya qarşıdır, qarşı deyil, şovinistdir, şəriətə qarşıdır. bunlar caydırıcı söhbətlərdir. yazının mahiyyətini və vermək istədiyi mesajı dərk etmək lazımdır. nəticədə Rafiq Tağı iranda yaşamır və iran vətəndaşı deyil, bu yazıları da iranlılar yox, əksər azərbaycanlılar oxuyurlar
sa1 GODOT__qesey
r Bunu oxuyurkən artıq müəllifi həyatda deyil.Biz bir daha coğrafiyamızın insanlıq üçün qorxunc olduğunun şahidi olduq.Mirzə Fətəlidən başlayan Rafiq Tağıya qədər olan ziyalı hərəkatına budur verdiyimiz dəyər.!?
r Bunu oxuyurkən artıq müəllifi həyatda deyil.Biz bir daha coğrafiyamızın insanlıq üçün qorxunc olduğunun şahidi olduq.Mirzə Fətəlidən başlayan Rafiq Tağıya qədər olan ziyalı hərəkatına budur verdiyimiz dəyər.!?
Tarlan Bu rafiq muellim ele agiz dolu qlobollasmadan danisir ki,ele bil indiki problemler qlobollasmanin neticesi deyil?
Maks Rafiqin yazilari esl ziyaliliqdan dogur. Avropa insani orta esrlerde (inkviziya dovrunu bitirerek) dinin doqmatik tereflerini ozunden ataraq beseriyyete sonsuz elm ve ixtiralar verib. Serq hele yatir. Eslinde buradaki sherhcilerin teriflediyi Irah hekimleri de Avropa elminden yararlanir. Eslinde bugun belimize minilmeyimizin kokunde de dinin esas rolu var.

Digər yazılar

Ölüm çəkmiş olsa üzümə sarı bir kədər ...

Yazıçılar Birliyindən qovulan şair Kulis.az-a danışdı

Bir imza üçün altı saat nazirlikdə

20 il əvvəl “Laçınsız ilk gün” - MƏTN

Qar adam Yaponiyada rus yazıçısına hansı sirri açdı?

Məşhur rejissor Cavid Təvəkkül hekayəsini Kulisə göndərdi

Ofis işçisi nahar fasiləsində necə qətl törətdi

Yaroslav Qaşek Fənərbaxça Qalatasaray oyunu haqda nə yazardı?

Ağ fillərə bənzəyən təpələr

Stefan Sveyq: “Cenevrə gölündə olay”

Balaca qara balıq MƏTN VİDEO

Əlabbas 55 illik həyatını yazır...

“Gemoroy”

F. M. Dostoyevski “ Iki intihar“

Səbahəddin Əli

Reklamın qurbanı

“Salvatore” HEKAYƏ

Əkrəm Əylisli: “İdarə mənafeyindən çıxış etməyi Aqşinə yaraşdırmıram”

Seçmə şairlərdən seçmə şeirlər: Salam Sarvan

Anar niyə öz işi ilə məşğul olmur? TƏHLİL

“Pamuk mənə hansı kitabları və niyə verdi”

Antuan de Sent-Ekzüperi

Əsgərlikdə ona siqaret verənə söyüş qoyulmuşdu

Saki (H. H. Manro)

«Alman mifologiyasında Atilla əsilzadə və hökmdar olaraq xatırlanır»

Bu kədər deyil, şeirdi…

Xaqani ilə Nizami yenə bir yerdəydilər...

“Ya qurban kəs, ya da kasıblığını boynuna al“

Anton Çexovun hekayəsi: “Gonbul və Arıq”

“Sevişmə səhnəsini çıxardırlar, sevgililər bacı-qardaş olur”

“Çapıq adam”ın hekayəti

«Bu mənəm – Ediçka»

Serrozun danışdırdığı Adil Mirseyid...

Tava

“Böyük Türk ilə söhbət”

Yapon poeziyası

Aydın Əfəndinin şeiri

Kurt Vonnequt özündən danışır

Paraselsin qızılgülü

Yazıçının günorta gəzintisi

Murakami: “Hekayəni cəmi bir həftəyə yazıram”

“Babam Tolstoyu evdən qovmuşdu”

Ədəbiyyat və repressiya - ikinci hissə

Çarlz Bukovskidən soruşurlar:

Balaca oğlan soruşur:

General qızıyla yatmağın bədəli

32 yaşında vəfat etmiş Hamlet Kazımoğlunun şeirləri

Çorbun qayıtması

Şəhərin ən gözəl qadını

Güclü olmaq istəyirəm




Köşə
Proyekt
”Sədrlikdən getmək fikrim yoxdur”
Qutu
“Bir zamanlar bu evdə Mandelştam və Mayakovski yaşayırdı “
Hücrə
"Seçmə şairlər, seçmə şeirlər": Əli Kərim
Kulis TV
Foto-xəbər
Sorğu

Sizcə uğurun açarı hansıdır?
İradə və inam
Təhsil və inkişaf
Cəsarət
Ağıl
Maraq
Ümid
Davranış
Sevgi
Digər


Nəticələr

Kulis+
(Frans Kafkalara ithaf)

Top 10
HAQQIMIZDA © 2011 Kulis.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 5.x ilə tam dəstəklənir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.