Özü bədbəxt olanın övladı xoşbəxt ola bilərmi?

Özü bədbəxt olanın övladı xoşbəxt ola bilərmi?
2 sentyabr 2014
# 08:30

Kulis.az iki maraqlı pritça təqdim edir...

Bir gün qoca və müdrik kişi yol ilə gedirdi. O, təbiətin gözəlliyinə, yazın rəngarəngliyinə tamaşa edirdi. Qəfildən çiynində nəhəng yük aparan kişi gördü. Yükün ağırlığından kişinin dizlərinin qatlandığını, bədəninin əsdiyini sezmək olurdu.

- Niyə sən özünü belə ağır əməyə və əzablara məhkum edirsən?– qoca soruşdu.

- Mən əzab çəkirəm ki, mənim nəvələrim və uşaqlarım xoşbəxt olsunlar, - kişi cavab verdi. Mənim ulu babam özünü babama görə, babam isə atama görə, atam isə mənə görə ağır əməyə, əzablara məcbur edib, mən də özümü məcbur edirəm ki, uşaqlarım və nəvələrim xoşbəxt olsunlar.

- Bəs sizin ailədən indiyə kimi xoşbəxt olan olubmu? – müdrik kişi maraqlandı.

- Hələ ki, yox. Amma uşaqlarım və nəvələrim yəqin ki, xoşbəxt olacaqlar – kişi ümidlə cavab verdi.

- Təəssüf ki, savadsız adam kiməsə oxumağı öyrədə bilməz, köstəbək heç vaxt qartalı tərbiyə edə bilməz!- qoca müdrik insan dərindən ah çəkdi. - Əvvəl özün, özünə xoşbəxt olmağı öyrətməlisən! Yalnız onda sən uşaqlara xoşbəxtliyi öyrədə biləcəksən. Bu sənin onlara ən qiymətli hədiyyən olacaq.

***

Baba nəvəsinə öyüd-nəsihət vermək məqsədi ilə deyir:

- Hər insanın içində iki canavar mübarizə aparır. Bir canavar paxıllığı, eqoizmi, yalanı, qısqanclığı, digəri isə sülhü, mehribanlığı, ümidi, həqiqəti tərənnüm edir.

Nəvə babanın sözlərindən təsirlənərək soruşur:

- Axırda hansı canavar qalib gəlir?

Baba gülərək cavab verir:

- Sən hansını yemləyirsənsə, qalib gələn də o olur.

# 3193 dəfə oxunub

Oxşar xəbərlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
# # #