Əli Əkbər Sürix Universitetinə qəbul olundu

Əli Əkbər Sürix Universitetinə qəbul olundu
27 avqust 2014
# 16:57

İsveçrədə yaşayan yazıçı Əli Əkbər, bu ildən etibarən Sürix Universitetinin fəlsəfə fakültəsində oxuyacaq. Alman, ingilis dilləri və ədəbiyyatı ixtisas üzrə təhsil alacaq yazıçı, məqsədinin hər iki dili mükəmməl öyrənmək və linqvist diplomu almaq olduğunu bildirib: "Dillərə yatqın beynim var. Rus, Türk və Azərbaycan dillərinin üçünü də eyni səviyyədə bilirəm. Amma burada - İsveçrədə bu dillərin heç biri ilə gələcək qurmaq olmaz. Alman dilinin C1 dərəcəsini də tamamlayaraq, sertifikat alsam da, bunu yetərli saymıram. Bir dili öyrənməkdən ötrü, akademik çevrəyə düşməliyəm. Türk dilini mükəmməl bilməyimi də Türkiyədə universitet təhsilimə borcluyam. Oxumaq heç bir yaşda gec deyil, 36 yaşım var və qərar verdim ki, bu iş kursla-filan alınan deyil. Universitet dəhlizlərinə ehtiyacım var. Bu səbəbdən ingilis və alman dillərini və ədəbiyyatını seçdim".

Yaradıcılıq planlarından danışan Əli Əkbər, İsveçrədə nəşri gözlənilən romanı haqda da məlumat verdi: "Kəsişmə adlı roman gələn həftə artıq çapa gedir, redaktə işləri tamamlandı. Roman Zürichdəki Kameru nəşriyyatı tərəfindən çap olunur. Oktyabr ayının 8-dən 12-ə kimi roman Frankfurt Kitab Yarmarkasında, Kameru nəşriyyatının stendində təqdim olunacaq. Orada avtoqraf günləri də nəzərdə tutulub. O dövrdə Frankfurtda olacaq hər kəsi, görməyə şad olardım. Daha sonra ikinci və böyük təqdimat Sürix Oxu Festivalı çərçivəsində, oktyabr ayının 25-i axşam saat 18.00-da keçiriləcək. O gün də Zürichdə, Paradeplatz-da olan hər kəsi təqdimata və sonrasında təşkil olunacaq "party"-yə dəvət edirəm."

Əli Əkbərin "Kəsişmə" romanı Qız Qalasının tarixindən bəhs edir.

musavat.com

# 1389 dəfə oxunub

Oxşar xəbərlər

Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

12:30 15 aprel 2024
"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

09:15 15 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #