Şahbaz Xuduoğlu: “Rasim Qaracanın “28 may”dakı alverçilərdən fərqi yoxdur”

Şahbaz Xuduoğlu: “Rasim Qaracanın “28 may”dakı alverçilərdən fərqi yoxdur”
26 avqust 2014
# 11:08

“Çarlz Bukovskinin əsərlərinin Azərbaycandakı yayım hüququ “Qanun” nəşriyyatındadır. Amma təəssüf ki, bunu nəzərə alan yoxdur. Mən indiyədək yalnız abrıma qısılıb, bu məsələnin üstünə getməmişəm”.

Bu sözləri Kulis.az-a verdiyi açıqlamada “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu deyib.

Ş.Xuduoğlu “Qanun” nəşriyyatını ittiham edən Rasim Qaracanın “28 May” metrostansiyasının yaxınlığında pirat kitab satanlardan heç bir fərqi olmadığını söyləyib: “Dovlatovun əsərlərinin Azərbaycandakı yayım hüququ da bizdədir. Amma Rasim Qaraca yenə də bu məqamı nəzərə almayaraq, müəllif hüquqlarını kobud şəkildə pozdu və Dovlatovun “Çamadan”ını çap etdi. Buna görə də biz “Çamadan”ı çap etməyi bir müddət təxirə salmalı olduq. Bütün bunları nəzərə alaraq deyirəm ki, Rasimin “28 May”da pirat kitab alveri edənlərdən heç bir fərqi yoxdur”.

Şahbaz müəllim Rasim Qaracanın ittihamlarına cavab olaraq onu da deyib ki, bir müddət öncə Vergilər Nazirliyi tərəfindən “Qanun”a haqsızlıq edilib və nəşriyyatı müdafiə etmək naşirlərin, yazarların borcudur.

Xatırladaq ki, tanınmış yazar Rasim Qaraca iki gün öncə “Qanun” nəşriyyatını sərt şəkildə tənqid edib.

O, nəşriyyatı oğurluqda günahlandırıb.

Rasim Qaraca öz Facebook səhifəsində oktyabr ayında yazdığı statusu- “Qanun” nəşriyyatına qarşı təzyiqlərə son qoyulsun, bütün qələm dostlarımı bu etiraza qoşulmağa çağırıram - paylaşıb və əlavə olaraq aşağıdakıları yazıb: “Oktyabr ayında yazdığım bu status mənim həmkar həmrəyliyimin ifadəsidir. Bu günlərdə “Qanun” nəşriyyatı vaxtilə Alatoran Yayınlarından çıxmış Çaplz Bukovskinin "Qadınlar" kitabını nəşr edib. Məncə, yeni tərcümə olsa belə, bu hal naşirlik etikasına ziddir və “Qanun” nəşrlər evinin bu hərəkəti ictimaiyyət tərəfindən qınanmalıdır”.

# 2843 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
# # #