Məşhur aktyor vəfat edib

Məşhur aktyor vəfat edib
25 avqust 2014
# 10:36

Məşhur ingilis aktyoru, prodüser və rejissor Riçard Attenboro vəfat edib.

Kulis.az-ın BBC News-a istinadən verdiyi xəbərə görə, Attenboro bazar günü uzun sürən xəstəlikdən sonra, 91 yaşının tamamına bir həftə qalmış vəfat edib. Aktyor 2008-ci ildən bəri əlil arabasından istifadə edirdi.

Böyük Britaniyanın baş naziri Devid Kameron verdiyi başsağlığında Attenboronu “görkəmli kino xadimi” adlandıraraq onun ölümündən təəssüfləndiyini bildirib. Aktrisa Mia Ferrou isə Twitter qeydlərində “Riçard Attenboro işləmək şərəfinə nail olduğum ən xeyirxah insan idi” yazıb.

Kinodakı 60 illik fəaliyyəti müddətində Attenboro onlarla filmə çəkilib. Onlardan ən məşhurları “Skala Brayton” (1947), “Böyük qaçış” (1963), “Feniksin uçuşu” və “Yura dövrünün parkı” (1993) filmləridir.

Rejissoru olduğu bioqrafik “Qandi” filmi (1982) 11 “Oskar”a nominant olmuş və səkkiz “Oskar” qazanmışdı. Attenboro “Qızıl Qlobus”, BAFTA, “Berlin”, “San-Sebastyan” kinofestivallarının mükafatçısıdır.

Attenboro 1967-ci ildə Britaniya imperiyasının ordeni ilə təltif olunub, 1976-cı ildə isə cəngavər titulu alıb.

# 1429 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
#
#
# # #