Sado-mozaxist ayrılıq şeiri

Sado-mozaxist ayrılıq şeiri
21 avqust 2014
# 11:01

Kulis.az Cəlil Cavanşirin şeirlərini təqdim edir.

Sado-mozaxist ayrılıq şeiri

Antişeir silsiləsi - IV

Bir az dəlilik elə,

Bir az qaralt qanımı.

Paltarları qarışdır,

Vur, sındır fincanımı.

Dönüb arxaya baxma

Min taksiyə, çıxıb get.

Acizləşmə, ağlama

Dişlərini sıxıb get.

Qayıtmağı düşünmə,

Bu gediş son gedişdi.

Əlvida-zad söyləmə,

Bu çox axmaq vərdişdi.

Bir az qürurun olsun,

Belə baxma, sərt danış.

Məni yumşaldan deyil,

Bu ah-nalə, yalvarış.

Məndən nigaran qalma,

Yaşayaram birtəhər.

Ağlamağa çalışma

Səni boğmasın qəhər.

Evə bir az əl gəzdir,

Mətbəxi də süpür, get.

Ürəyin soyumasa

Gəl üzümə tüpür, get.

Yaxşı, daha uzatma,

Bir şillə çək üzümə.

Bəlkə bir az tək qalıb

Gələ bildim özümə.

Beləcə razılaşaq

Nə sən ağla, nə də mən.

Ayrılaq,

Bitsin hər şey

Sakit,

səssiz,

dinmədən.

****

Biri vardı,

Biri yoxdu...

Hamı daha çox yoxdu

şair yoxluqlara içərdi,

beləcə zaman keçərdi...

İsrailin Qəzzanı bombaladığı günlərdi

bu qədər sevildiyinə rəğmən

sonuncu qadınım da getmişdi...

deyəsən

sənin adını qulağına pıçıldamağımdan incimişdi...

həkim olmaq istəyən yeddi yaşlı qız

qan xərçənginə tutulmuşdu

rəngi solmuşdu...

tökülmüşdü qıvırcıq, sarışın saçları

yanında oturub susurdu böyük qardaşları...

hər gün həyətdə oturub

gəlinciyinin saçlarını yolurdu

hər gün bir az da solurdu...

gündə bir maşından düşən sarışın qızın

axtarışları bitmişdi

sonuncu sevgilisi də atıb getmişdi

özünü yalnızlığın qucağına atmışdı

gözlərinin sürməsi yayılmışdı üzünə

ağlamaqdan

saçlarını qısa kəsdirib

siqaretə başlamışdı...

məhlədə qaça bilmirdi qınaqdan

indi ona yalnız peşmanlıq qalmışdı...

siqaretin və benzinin qiyməti qalxmışdı

əsgər sonuncu gülləsini

o ürkək uşağın alnına sıxmışdı...

Allah da qorxusundan susmuşdu

açıq qalmışdı bütün dilənçilərin əlləri

kimi isə təpikləyirdilər parkda

hamı susmuşdu haqsızlığa

kilidlənmişdi insanların dilləri...

avqust tozanaqlı küləklərlə gəlmişdi Bakıya

isti canımızı sıxırdı

və bir şair çəkilib daxmasına

it kimi darıxırdı...

# 2537 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #