Məşhur yazıçının qadın, şərab və yemək məsləhəti

Məşhur yazıçının qadın, şərab və yemək məsləhəti
26 iyul 2014
# 07:30

Məşhurların məktubları LAYİHƏ

Kulis.Az Amerika yazıçısı Tomas Vulfun “Peşə seçməkdə kömək istəyən cavan adama” məktubunu təqdim edir.

(Bruklin, Nyu-York)

1 fevral, 1933-cü il

Hörmətli mister,

Sizin yanvarın 26-da göndərdiyiniz məktubu anam mənə Eşvilldən yolladı... Təəssüf hissilə deməliyəm ki, Sizin mənə verdiyiniz suala cavab verməkdə çətinlik çəkirəm. Mənə elə gəlir ki, hər birimizi həyatı boyu bu suala cavab axtarırıq və biz kömək etmək istəsək belə ətrafdakılara çox az məsləhət verə bilərik. Və ya onlar üçün nəsə edə bilərik. Hər birimiz gerçəkliyin onun qarşısında qoyduğu problem və konfliktlərlə mübarizə aparır.

Bununla belə Sizə deyə bilərəm ki, mən əsl sevinc və məmnunluğu dayanmadan işləyərkən və daha sonra öz əməyimin bəhrəsi ilə öyünərkən duymuşdum. Bəlkə mənim cavabım Sizə dolğun görünməyəcək. Bununla belə bundan yaxşısı ağlıma gəlmir. Halbuki bunun bütün situasiyalarda yaramadığını anlayıram. Olduqca çox, hətta deyərdim ki, insanların əksəriyyəti var-qüvvələri ilə işləsələr də bu onları məmnun etmir, çünki onlar öz işlərini sevmirlər və başqa işlə məşğul olmaq istəyərdilər.

Sizin neçə yaşınız olduğunu bilməsəm də zənn edirəm ki, yaşca məndən cavansız və sizin probleminizin bir hissə də hələ ürəyinizə yatan bir iş tapmamağınızdan qaynaqlanır. Əgər belədirsə, onda Sizi əmin edirəm ki, cavanların əksəriyyəti nə vaxtsa bu hissləri yaşayır.

Mənim 18 yaşım olanda-onda kollecdə oxuyurdum-buna oxşar bir hal yaşamışdım. Mən əzab çəkib və ümidsizlənirdim, nəylə məşğul olmaq istədiyimi və hansı peşəni seçmək istədiyimi özüm özümdə aydınlaşdıra bilmirdim. Deyəsən Sizin indiki çətinliyiniz də bundan ibarətdir.

Baxın, görün Sizə nə demək istəyirəm. Əgər mən kənd yerindən olsaydım və kənd həyatını xoşlayıb ferma sahibi olmaq istəsəydim, fermer olar, bundan xəcalət çəkməzdim. Texnikanı sevsəydim onun haqqında daha dərin məlumatlar əldə etməyə çalışar və mexanik, ya da mühəndis olardım. Əgər mən biznesə həvəs duysaydım, onda bu sahədə işləməyə başlayardım, təhsil alıb sahibkar olardım. Ancaq mən qəlbimin dərinliklərində fermer olmaq istədiyim halda təkcə prestijli olduğuna görə biznes sahəsində işləməyə can atmazdım. Əgər texnikaya həvəsim olsaydı, onda da fermer olmazdım.

Sizin məktubunuza tam səmimiyyətlə cavab verməyə çalışdım. Bunları sahmana salmaqda Sizə kömək etmək istərdim. Çünki əminəm: bədbəxtliklərin əksəriyyəti haqqında danışdığım şeylərdən doğur. Ən başlıca uğursuzlar öz işlərini sevməyənlərdi.

Başa düşdüyüm qədəri ilə Siz dənizçisiz. Deməli, mənim məktubda adını çəkmədiyim bir çox peşə var ki, sizin onlardan məndən yaxşı başınız çıxır. Yəqin Siz bizim həyatımızda yaxşı yeməyin, şərab və qadının hansı yer tutduğunu məndən də yaxşı bilirsiz. Açıq deyəcəm: mən bunlardan başqa şeylərdən aldığım həzdən az həzz almamışam. Ancaq mən əminəm ki, əgər həyatımızı daha zəngin eləmək qabiliyyətimiz, ağlımız və arzumuz olmazsa bu nəşələr bizim həyatımızı mükəmməlləşdirmək gücündə olmayacaq.

Sizə demək istədiklərim bu qədər. Məktubunuz üçün təşəkkür edirəm. Ümid edirəm ki, mənim cavabımda özünüz üçün faydalı bir şey tapacaqsınız.

Bütün təşəbbüslərinizdə uğur qazanmağınız diləyi ilə.

# 2215 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
#
#
# # #