İliyinə qədər sevgini hiss etmək

İliyinə qədər sevgini hiss etmək
21 iyul 2014
# 13:27

...sevmək lazımdır!

Nəfəsin kəsilənə qədər, saçların ağarana qədər, gözündən yaş quruyana qədər. Sevmək lazımdır, 24 saat onu beyində gəzdirəcək qədər...

Varlığı, bütün insanları mənasızlaşdıracaq qədər...

Özünü onda unudacaqsan... o olmadıqda havan çatmayacaq.

Bütün hüceyrələrin “O” deyərək fəryad edəcək...

Hüceyrələrin bütün bədənini əl atıb cırmaqlayacaq “sadəcə o” deyə...

Sevəcəksən, gözlərin yerindən çıxana qədər, kimsə umrunda olmayacaq qədər... Dəlicəsinə...

Ölürcəsinə...

Bu sıradan sevgi olmayacaq.....

Allahın olacaq, mələyin olacaq, Əzrayılın olacaq O sənin!!!

Sevəcəksən, bütün dünyan o olacaq...

Onsuz yediyinin-içdiyinin dadı olmayacaq...

Rəngin olacaq O sənin... Rəngin. Yaşılın, qırmızın, sarın, çəhrayın...

Gülün olacaq o sənin...

Qızıl gülün... Tikanları da olacaq, hərdən əlinə batacaq, incidəcək, qanayacaq...

Amma yenə də O sənin gülün olacaq.

Qürurunu sil at. Sadəcə sev.

Bütün insanları boş ver.

Onların fikirlərini dinləmə.

Onların düşüncələri mənasızdır.

Onların düşüncəsi cinsiyyət orqanı ilə başlayır.

Sən sadəcə sev...

Ürəyin köksündən çıxsın.

Ritmi pozulsun... Nəfəs almağın çətinləşsin.

İzin ver, ürəyin dayana-dayana işləsin.

Hər dəfə dayanıb yenidən O deyə vurmağa başlasın.

Çılğınlıq elə. Ağlını başından çıxart. Elə çıxart ki, ağlı sənə qarışsın bir daha geri dönməsin....

Əllərin əssin, ayaqların titrəsin Onsuzluqdan! O yoxdur deyə sarsıl. Yatağa düş... Yeməkdən-içməkdən kəsil...

Yalnız onun üçün ye, o sənin yeməyin, içməyin olsun.

Onsuz bütün dadlara, ləzzətlərə tüpür...

Onsuz Parisdə olsan belə heç bir gözəlliyindən yararlanma.

Qoy Paris “O”na görə ondan üz döndərdiyi SƏNdən utansın...

Heç kimi dinləmə.

Onlar sadəcə danışacaqlar... Onlar sənin sevgindən dəli olacaqlar. Onlar bu möhtəşəmliyi yaşamadıqları üçün ölüb yerə girəcəklər.

Sev....Elə sev ki, bulud ağlasın. Elə sev ki, torpaq çatlasın...

Elə sevgi yer üzü lərzəyə gəlsin... Bütün gözəl sözləri işlət ona.

Ona hiss etdiklərini söylə...

Onsuz hər saniyənin fəlakət olduğunu bildir.

Sadəcə bildirmə onsuzluğu fəlakət elan et!

Elə sev ki, heç kim qarşına arqument qoymasın...

Bilirsən axı insanlar gerçək sevgi görəndə məhv olurlar.

Məhv et onları. Öz sevginlə məhv et. Eybi yox, qoy ölsünlər.

Onlarsızlıqla ciddi dəyişiklik olmayacaq. Sıradan olduqları üçün qısa zamanda unudulacaqlar.

Sən Sev. Başqa heç nə etmə.

Sev Amma cinsiyyət orqanınla deyil, ürəyinlə, ağlınla, bütün hüceyrələrinlə....

Dərin belə bədənini tərk edəcək qədər qısqansın sənin sevgini!

Vücud olaraq sevmə.

Onu O olduğu üçün, içində sevgin ona tüğyan etdiyi üçün sev...

Heç kimdən təsirlənmə.

Eləcə Sev!

Başqa imkanların olduğu halda vaz keç bütün cinsiyyət orqanlarından! Önündə ən yaxşıları düzülsə belə uyma heç birinə...

Dadını dəyişmə. Ləzzətini, həzzini dəyişmə!

Qoy ruhunda, bədənində Onun ləzzəti qalsın.

Dırnaqlarını ye həyəcandan. Parçalan o olmadıqda.

Hər parçan Onun bir sevgisində olacaq.

Mahnı oxu, rəqs et, gül...

Yağışı gözlə, yağan kimi dəli kimi çıx altında qışqır.

Onun əlindən tut.

Önündə diz çök. Qorxma bu səni alçaltmaz. Sən sadəcə sevirsən.

Qovur səni? Qoy qovsun, get dayan qapısında...

Çünki sevginin qarşısında daha artıq tab gətirə bilməyəcək.

Sev, elə sev ki, sümüklərin sızıldasın. İliyinə qədər hiss et o sevgini!

İzin ver o sevgi bədəninə xərçəng xəstəliyi kimi sinsicə girsin və orada bütün orqanlarına şaxələnsin!

Sən eləcə sev...

Qırılacaqsan? İncinəcəksən? Aldadılacaqsan? Yarı yolda buraxılacaqsan? Olsun... Sən dayanma, yola davam et...

Gedirsə mübarizə apar. Uğrunda insanın ağlına gələn, bu günə qədər sınaqdan keçib keçməyən bütün yolları yoxla.

Dəymirsə burax getsin...

Çünki sən bu cür sevgi ilə tək başına qalmayacaqsan!!

Sən yenə dəlicəsinə sevəcəksən. Qorxma sevməkdən.

Bu son sevgim olar demə... Çünki üzdən qırılsa da o sevginin kökü sənin ruhunda, vücudundadır... O yenə şaxələnəcək...

Ümid etmə!

İnan!

Sev!!

# 3212 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #