Danimarkalılar niyə xoşbəxtdirlər? ARAŞDIRMA

Danimarkalılar niyə xoşbəxtdirlər? ARAŞDIRMA
21 iyul 2014
# 10:30

Böyük Britaniyanın Uorvik universitetinin təhqiqatçıları, həmişə reytinqlərdə dünyanın ən xoşbəxt xalqı kimi ilk yeri tutan danimarkalıların xoşbəxt olmasının səbəblərini aydınlaşdırıb. Kulis.Az-ın “Daily Mail” qəzetinə istinadən verdiyi məlumata görə, danimarkalıları xoşbəxt edən onların genləridir.

Danimarkalılar başqa xalqlardan fərqli olaraq, doğuşdan həyata pozitiv münasibəti ilə fərqlənirlər. İngilis alimlərinin 131 ölkənin nümayəndələri arasında apardığı araşdırmaya görə, genetik cəhətdən danimarkalılara yaxın olan xalqlar özlərini daha xoşbəxt hiss edirlər.

Danimarkalılara optimizmi, seratonin adlı xoşbəxtlik hormonunun yaranmasına səbəb olan xüsusi gen versiyası verir. Danimarkalılar digər millətlərdən fərqli olaraq, bu genin daha uzun versiyasına sahibdirlər. Xoşbəxtlik geni qısa olan adamların xoşbəxtliyi də qısa sürür.

BMT-in “Dünyada xoşbəxtlik” siyahısında ötən il də Danimarka ilk yeri tutub. Sonrakı yerlərdə Norveç, Hollandiya, İsveçrə və İsveç qərarlaşıb.

BMT-in siyahısında dünyanın ən bədbəxt ölkəsi Toqo olub.

# 2834 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
# # #