İnsanla bananın oxşarlığı

İnsanla bananın oxşarlığı
19 iyul 2014
# 07:30

Kulis.az dünyada baş verən bəzi maraqlı hadisələri və faktları təqdim edir:

2030-cu il nə qədər uzaqdadırsa, 1998-ci il də o qədər uzaqdadır.

Mamontların nəsli Misir piramidaları tikildikdən 1000 il sonra tükənib.

Kök əvvəl bənövşəyi olub.

“Ulduz müharibələri” filmi çıxanda Fransada hələ də gilyotinlə edam cəzası mövcud idi.

İnanmaq çətindir, amma ABŞ-da kitabxanalar MakDonalds restoranlarından daha çoxdur.

Bananla insan DNT-sinin 50 faizi üst-üstə düşür.

Səudiyyə Ərəbistanı Avstraliyadan dəvə alır.

Hər iki dəqiqədə çəkdiyimiz fotolar, bütün XIX əsr ərzində çəkilənlərdən daha çoxdur.

Donuzlarda orqazm 30 dəqiqə davam edir.

İnsan eyni vaxtda yeməyi udmaq və nəfəs almaq qabiliyyətinə malik deyil.

Şokoladlı süd İrlandiyada kəşf olunub.

Saturn və Yupiterdə almaz yağışları yağır.

Venerada bir gün bizim bir ilimizdən çox çəkir.

Pluton kəşf olunduğu və planet hesab olunduğu dövrdən bəri Günəş ətrafında bir dövrəni başa vurmayıb.

Delfinlər bir-birlərinə ad verirlər.

Kleopatra iPhoneun ixtirasına daha yaxın dövrdə yaşayıb, nəinki Misir ehramlarının tikintisinə.

“Simpsonlar” serialı o qədər uzun müddətdir davam edir ki, bu il universiteti bitirənlər doğulanda bu serial artıq bir neçə il idi yayımlanırdı.

Dünyada süni flaminqoların sayı canlılardan daha çoxdur.

Hansısa xatirəni yada salanda əslində onu axırıncı dəfə yadınıza saldığınızı xatırlayırsınız, hadisənin özünü yox.

Mikki və Minni Mausu səsləndirən Ueyn Elvayn və Rassi Teylor həyatda da evli olublar.

# 3844 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #