Hər şey Allahdandır, qadından başqa

Hər şey Allahdandır, qadından başqa
18 iyul 2014
# 07:30

İtaliya – təkcə Avropa sivilizasiyasının beşiyi, İntibah dövrü dahilərinin vətəni və çəkməyə bənzər ölkə deyil, həm də müdrik fikirlər anbarıdır. Kulis.Az italyan atalar sözlərini təqdim edir:

Oyun qurtaranda şah da, piyada da eyni qutuya qoyulur.

İntiqam – soyuq verilən yeməkdir.

Qoyunla yüz il yaşamaqdansa, şirlə bir gün yaşamaq yaxşıdır.

Qonaq balıq kimidir, 3 gündən sonra iylənməyə başlayır.

Ay Allah, sən məni dostlarımdan qoru, düşmənlərimlə özüm baş çıxaram.

Özünü tanıyan dünyanı da tanıyar.

Sən istəyirsənsə, mümkünsüz heç nə yoxdur.

Şərab və dost köhnə deyillərsə, bir qəpiyə də dəymirlər.

Yalan danışırsansa, lakonik ol.

Axmaqlara hərdən döz, bəlkə nəsə onlardan öyrəndin. Ancaq heç vaxt onlarla mübahisə etmə.

Hava, ər və oğul – təxmin elədiyin kimi olurlar.

Qadınla mübahisə etməyin iki üsulu var. Amma heç biri işə yaramır.

Uzunqulaq doğulan at kimi ölə bilməz.

İstəyirsənsə, səni qiymətləndirsinlər – öl.

Evlənəndə və at alanda gözlərini yum və Allaha həvalə et.

Heç kim tənha olmaq istəmir, hətta cənnətdə belə.

Hər şey Allahdandır, qadından başqa.

Sevgini, alovu və öskürəyi insanlardan gizlətmək olmur.

Sevgi müharibəsində gedən qazanır.

Pivə içən yüz il yaşayar.

Pullu olmaq kifayət deyil, gərək onu xərcləməyi də bacarasan.

Ancaq əsl dost üzünün çirkli olduğun deyə bilər.

Problem sənə toxunana qədər ona toxunma.

Dünya səbirlilərə məxsusdur.

Çayın dərinliyini hər iki ayağınla yoxlama.

Xoruzların susduğu, toyuqların qışqırdığı hində sülh olmaz.

Başqasının məsləhətini ya al, ya da imtina et. Ancaq heç vaxt özününkündən dönmə.

Düzgün yol heç vaxt uzun olmaz.

Qara toyuq da ağ yumurta yumurtlayır.

Allah susanlarla danışmağı sevir.

İnsanı kitablardan çox illər dəyişdirir.

# 7888 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #