Dünyanın ən nüfuzlu aktrisası seçildi SİYAHI

Dünyanın ən nüfuzlu aktrisası seçildi SİYAHI
10 iyul 2014
# 15:09

Forbes dərgisi 2014-cü ilin nüfuzlu kinoaktrisalarının reytinqini dərc edib. Kulis.Azın məlumatına görə siyahıda birinci yeri 23 yaşlı Hollivud ulduzu Cenifer Lourens tutub.

Dərginin məlumatına görə, Lourensin “Ac oyunlar” və “Ac oyunlar: alov qopacaq” filmlərində iştirakı Lionsgate studiyasına dünya üzrə 5 milyarddan çox gəlir gətirib.

Bundan başqa aktrisa bu il “İks adamlar: gələcəyin keçmiş günləri” blokbasterinə çəkilib. Aktrisa az gəlir gətirən filmlərə də çəkilib. “Amerikan sayağı fırıldaq” və “Mənim sevgilim psixdir” filmlərinə görə Oskar və Qızıl Qlobus mükafatları alıb.

Onluqda ikinci yeri 49 yaşlı Sandra Ballok tutub. Bu, onun Alfonso Kuaronun çəkdiyi “Qravitasiya” filmindəki roluna görədir.

Üçlüyü “Malefisenta” filmindəki roluna və xeyriyyəçiliyinə görə 39 yaşlı Anjelina Coli tamamlayır.

Onluqda həmçinin Skarlett Yohansson, Cenifer Eniston, Emi Adams, Natali Portman, Meril Strip, Qvinet Peltrou, Kemeron Diaz var.

# 2367 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
#
#
# # #