Seymur Baycandan yuğçulara cavab: “Ona dedim oyununu oyna...”

Seymur Baycandan yuğçulara cavab: “Ona dedim oyununu oyna...”
7 iyul 2014
# 14:51

“Tamaşaya getmişdim. Tamaşa zamani susadım. Dəmir bankada meyvə şirəsi almışdım. Bankanın ağzını açanda Yuğun aktyoru başladı mənə sataşmağa ki, tamaşada kola içənlər filanlar... Deyəsən, məni tanımırdı. Mən də dedim ki, oyununu oyna. Bu söz ona çox təsir etdi. Çaşdı. Başladı yenə sataşmağa, mən bir daha təkrar etdim ki, oyununu oyna. Demək olar ki, tamaşa dağıldı. Çünki, aktyor heç cürə özünü ələ ala bilmirdi. Əlbəttə, özümü sıxıb bankanın ağzın açmazdım. Amma əgər Yuğun aktyorları tamaşaçılarla çox ərkyana davranırlarsa, bu cür davranışlara da hazır olmalıdırlar.” Yuğ Teatrının aktrisası Yaqut Paşayevanın onun teatrdan qovulması fikrinə aydınlıq gətirən Seymur Baycan Kulis.Az-a açıqlamasında belə deyib.

O, daha sonra bildirib ki, rəhmətə gedən adamın adından yalan danışmaq yaxşı iş deyil. Vaqif müəllim onu teatrdan qovmayıb. Yazıçının fikrincə yuğçular elə bilirlər ki, tamaşaçılarla istədikləri kimi davrana bilərlər və tamaşaçı da bu davranışdan həzz almalıdır. Yazıçı teatrda yaranmış münaqişənin ardını belə danışır: “Fasilədə bu aktyor üstümə gəldi. Söz-söhbət düşdü. Vaqif müəllim yaxınlaşdı. Çox mədəni formada dedi ki, sən buranın tamaşaçısı deyilsən, sevimli qonağısan. Mən də dedim, Vaqif müəllim, səhnədə hoqqabazlıq etmək asandı, aktyorunuz bir atmacaya dözə bilmədi. Tamaşa dağıldı.

Adamlar deyəndə ki, biz sizin tamaşalarınızı başa düşmürük, yuğçular kef edirlər. Amma onlarla öz dilində danışanda məhv olurlar. O cür hoqqabazlıq edən adamlara ancaq gülmək lazımdı. Mən də bir yazı yazıb gülmüşdüm. O yazıdan sonra hansı gəzetdə işləyirdimsə, Vaqif müəllim o qəzetə müsahibə vermirdi. Bu söhbətin şahidləri var. Özü də açıq deyirdi ki nə qədər ki, o adam orada işləyir, mən o qəzetə müsahibə verməyəcəm. Amma axırıncı dəfə Yuğda olanda və həmin hadisə baş verəndə adamın üstündə allah var, Vaqif müəllim çox böyük nəzakət nümayiş etdirdi.

Mən sadəcə bir yazar olaraq fikirlərimi yazdım ki, iki cür təcrid olunan sənətçilər var, biri cəmiyyət tərəfindən həqiqətən də təcrid olunur, başqaları isə özləri özlərini qəsdən təcrid edirlər. Yuğçular da özləri özlərini qəsdən təcrid edən sənətçilərdi. Bu onların faciəsidi.

Somerset Moem deyirdi ki, teatrın ətrafında baş verənlər teatrın özündən daha maraqlıdır. Bu mənada Yuğun ətrafında baş verənlər onun səhnəsində baş verənlərdən yüz dəfə maraqlıdır.”

# 2451 dəfə oxunub

Oxşar xəbərlər

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
#
#
# # #