Yəhudilərə görə operanı QADAĞAN ELƏDİLƏR

Yəhudilərə görə operanı QADAĞAN ELƏDİLƏR
19 iyun 2014
# 11:42

Nyu-Yorkun “Metropoliten - opera” musiqili teatrı Con Adamsın “Klinqhofferin ölümü” operasının antisemit əhval-ruhiyyə yaradacağından ehtiyatlanaraq nümayişini ləğv edib.

Operanın süjeti real hadisələrə əsaslanır. Əsər 1985-ci ildə “Akille Lauro” gəmisinin “Fələstin Azadlıq Cəbhəsi” tərəfindən zəbtindən və 69 yaşlı sərnişin, amerikalı yəhudi Leon Klinqhofferin qətlindən danışır.

Əsər quruluş verildiyi ildən (1991-ci ildə yazılıb) qalmaqallara səbəb olub.

Yəhudi təşkilatları, həmçinin Klinqhofferin uşaqlarının maraqlarını müdafiə edən fondlar müəllifləri terroristlərə rəğbətdə və zorakılığın təbliğində ittiham edir.

“Metropoliten-opera"nın baş direktoru Piter Qleb deyib:” Mən operanın antisemit olmadığına əminəm. Amma onu da bilirəm ki, dünya yəhudi cəmiyyəti operanın nümayişini bütün dünyada, xüsusən Avropada antisemitizmin artdığı şəraitdə yersiz hesab edir”.

Teatrın rəsmi saytında deyilir ki, P.Qelblə Klinqhofferin qızlarının maraqlarını təmsil edən təşkilatın direktoru Abraham Foksman arasında uzunmüddətli danışıqlardan sonra tamaşanın ləğvi barədə qəti qərar qəbul olunub.

Operanın müəllifi Con Adams bu qərarla razı deyil. “Opera heç bir halda zorakılığın, terrorizmin və ya antisemitizmin təbliğinə yol vermir”- bu haqda bəstəkar Associated Press agentliyinə deyib.

“Fələstin Azadlıq Cəbhəsi”nin döyüşçüləri 1985-ci ildə italyan layneri “Akille Lauro”nu zəbt edərək iki gün 400 adamı girov saxlamışdılar.

Onlar həbs olunan fələstinlilərin azad olunmasını tələb edirdilər. Sərnişinlərdən biri, toylarının ildönümü ilə bağlı səfərə çıxan, əlil 69 yaşlı Amerika yəhudisi Leon güllələnərək borta atılıb.

# 2022 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
# # #