Qadın sevməyəndə niyə qısqanır?

Qadın sevməyəndə niyə qısqanır?
24 aprel 2014
# 07:30

1724-cü il aprel ayının 22-də alman fəlsəfəsinin əsasını qoymuş filosof İmmanuel Kantın doğum günüdür. O, Könsberq, indiki Kalininqrad şəhərində anadan olub. Kasıb yəhərçi ailəsində doğulan oğlana Müqəddəs İmmanuelin şərəfinə İmmanuel adı verilib. Sağlamlığına görə olduqca kəskin iş rejimində işləməyə məcbur olan Kant buna görə bəzən müasirləri tərəfindən gülüş obyektinə d çevrilir.

Kantın məşhur əsərləri “Təmiz idrakın tənqidi”, “Əməli idrakın tənqidi”, “İdrakın gücünün tənqidi” hesab olunur.

Kulis.Az böyük filosofun aforizmlərini təqdim edir.

“Əllərini yellətmək azadlığı başqa adamın burnunun ucunda bitir.”

“Dünyada iki şey qəlbimi müqəddəs həyəcanla doldurur: başımın üstündəki ulduzlu səma və qəlbimdəki əxlaqi qayda.”

“Ədalət yox olanda insan həyatına dəyər verən başqa heç nə qalmır.”

“Öz ağlından istifadə etmək cəsarətinə sahib ol.”

“Vərdişlərimiz çoxaldıqca azadlığımız azalır.”

“İnsan çox nadir hallarda qaranlıqda işıq, xoşbəxtlikdə bədbəxtlik, rifah halında möhnət haqqında düşünür. Amma həmişə qaranlıqda olanda işıq, bədbəxtlikdə xoşbəxtlik, möhnətdə olanda rifah haqqında düşünür.”

“Biri gölməçəyə baxanda orda palçıq görər, başqası isə ulduzlu səmanı.”

“İnsana arzu etdiyi hər şeyi verin, o dəqiqə hiss edəcək ki, bu “hər şey” hər şey deyil.”

“Yalnız daimi olan dəyişikliyə uğrayır, dəyişkən olan dəyişmir, əvəz olunur.”

“Gülmək kişi, ağlamaq qadın işidir.”

“Xarakter prinsiplərlə işləmək bacarığıdır.”

“Hər bir elmdə nə qədər riyaziyyat varsa o qədər də həqiqət var.”

“Kişi üçün onu axmaq adlandırmaqdan, qadın üçün isə onu çirkin adlandırmaqdan təhqiredici heç nə yoxdur.”

“Əgər uşağı pis işlərinə görə cəzalandırıb, yaxşı işlərinə görə mükafatlandırsanız onda o yaxşı işləri ancaq öz mənfəəti üçün edəcək.”

“Qadın özünü ələ verməmək üçün içib keflənmir. Qadınlar zəif və hiyləgər olur.”

“Düşünmək öz-özünlə danışmaqdır... öz səsinə qulaq asmaqdır.”

“Ölümdən ən az o adamlar qorxur ki, onların həyatları daha dəyərlidir.”

“Kişi sevəndə qısqanır. Qadın isə sevməyəndə də qısqanır. Çünki başqa qadınların əldə etdikləri pərəstişkarlar qadının pərəstişkar çevrəsinin sırasını daraldır. ”

# 4827 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
# # #