Qalib “Studentlər”

Qalib “Studentlər”
18 aprel 2014
# 16:29

Bu gün Kultura.az saytının Azərbaycanın görkəmli yazıçısı Yusif Vəzir Çəmənzəminlinin “Studentlər” romanı mövzusunda keçirdiyi yazı müsabiqəsinin nəticələri açıqlanıb.

Müsabiqə komitəsinin sədri Seymur Baycanın Kulis.Az-a verdiyi xəbərə görə birinci yerin qalibi Xəyyam Namazov olub.

İkinci və üçüncü yerə müvafiq olaraq Asim Cəlalov və Günel Mehdiqızı layiq görülüb.

Həvəsləndirici mükafatlar Elturan Eminbəyli və Cahan Azərə təqdim olunub.

Seymur Baycan nəticələrdən narazı qalmadığını bildirib: “Nəticələri normal qarşılayıram. Ölkədə aktiv şəkildə şair, yazıçı adına hardasa beş yüzə yaxın iddialı var. Amma insanlara əsər təqdim edən ədəbiyyat adamları çox azdır. Roman haqda yazı yazmaq insandan məsuliyyət tələb edir. Bu cür müsabiqələr təşkil etməklə gəncləri həvəsləndirmək istəyirəm. Qorxmasınlar, oxuduqları əsərlər haqda yazı yazsınlar. Təbii ki, istənilən müsabiqədən narazılıq olur. Çünki yazı yazan adam öz yazısını başqa yazılardan üstün tutur və düşünür ki, onun yazısı birinciliyə daha layiq idi, nəinki başqasının. Belə narazılıqlar olur, ümumilikdə isə mən məqsədimə nail oldum. Yusif Vəzirin “Studentlər” romanı Azərbaycan nəsrində müstəsna yer tutur. Gənclər bu əsərin varlığından xəbər tutdu, xeyli reaksiya oldu. Bunu da deməliyəm ki, az – çox tanınmış imzalarda arxayınçılıq gördüm, tənbəlliyin şahidi olum. Bir roman haqda yazı yazmağa ərindilər. Belə müsabiqələrdə daha çox insan iştirak etməlidir.

Yenə deyirəm əsas məqsədim əsəri tanıtmaq idi. Moskvada yaşayan dostumuz Yalçın Nəsirov müsabiqənin təşkilində köməyini əsirgəmədi. Ona da təşəkkürümü bildirirəm. Bu yaxınlarda növbəti bir romanla bağlı müsabiqə elan etməyə hazırlaşırıq”.

Azərbaycan klassiklərini daima xatırlamaq, onları gənc nəslə tanıtdırmaq, təbliğ etmək məqsədilə Kultura.az saytı Azərbaycanın görkəmli yazıçısı, ziyalısı, ictimai-siyasi xadimi Yusif Vəzir Çəmənzəminlinin "Studentlər" romanı mövzusunda bu ili fevralın 1-dən martın 8-ə qədər yazı müsabiqəsi elan etmişdi.

Müsabiqəyə göndərilən yazıların həcmi 10 min işarə, yaş həddi isə 30 idi.

Birinci yerin sahibi 500 manat, ikinci yerin sahibi 300 manat, üçüncü yerin sahibi isə 200 manat məbləğində mükafat təyin olunmuşdu.

# 2774 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #