Markes son romanını bu günlərdə bitiribmiş AVQUSTDA GÖRÜŞƏRİK

Markes son romanını bu günlərdə bitiribmiş <span style="color:red;">AVQUSTDA GÖRÜŞƏRİK
18 aprel 2014
# 14:44

Qabriel Qarsiya Markes dünən gecə vəfat etsə də onun üstündəki sehrli gerçəklik haləsi hələ də parlaq görünür.

Kulis.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə Bueones-Ayresin ədəbiyyat kulislərində Markesin son romanı haqqında ciddi sayıla biləcək dedi-qodular gəzir.

Dedi-qodulara görə Markes ömrünün son günlərində “Avqustda görüşərik” adlı romana son nöqtəni qoyubmuş. Romanın bu ilin avqust ayında satışa buraxılacağı deyilir.

Roman hər ilin 16 avqustunda anasının qəbrini ziyarət edən 53 yaşındakı Anna Maqdalenadan bəhs edir. 28 il ərzində ərinə sadiq qalan qadın ziyarətə gəldiyi gün qaldığı oteldə tanış olan adamla ərinə xəyanət edir. Kişi isə stolun üstünə bilet qoyaraq otaqdan çıxır.

Markes 1999-cu ildə iştirak etdiyi bir konfransda bu romandan parçalar səsləndirib. Kitab haqda məlumat geniş olmasa da romanın 5 fəsildən ibarət olacağı deyilir.

Roman belə başlayır:

“Hər il, avqust ayının 16-sında Ana Maqdelena Bax anasının dəfn edildiyi qəbiristanlığa gedən paraxoda minərdi. Daşlarını təmizlədiyi məzarın üstünə güllər qoyub dua oxuyar, sonra da gəldiyi paraxoda minməyib axşam bir az içib dincəldiyi eyni otelə gedərdi. 28 il ərzində Anna çox daha lüks və modern otellər olsa da eyni oteldə qaldı, otelə xəyanət etmədi. Eynən ərinə kişiyə sədaqətli qaldığı kimi. Ancaq son dəfə buzlu və sodalı cini içdiyi otel barında hibrid qızın oxuduğu “ay işığı” sonatasının notları fonunda, Anna Maqdalinanın gözünə köntöy görkəmli, utancaq bir adam dəydi, Anna ikinci dəfə fikirləşmədən adamın yanına getdi”.

# 1602 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #