Fahişələr mənim dostum idi... - Markesdən sitatlar

Fahişələr mənim dostum idi... - Markesdən sitatlar
3 may 2020
# 21:00

Kulis.az Qabriel Qarsiya Markesdən sitatları təqdim edir.

Mənim əsas məqsədim odur ki, məni sevsinlər. Mən buna görə yazıram.

Yazıçı olmasaydım, barda pianoçu olardım. Onda cütlüklərin bir-birlərini daha da çox sevməsinə çalışardım.

Bir dəfə Kubada bir ədəbiyyat professoru ilə söhbət edirdim. O mənə dedi ki, “Yüz ilin tənhalığı” qeyri-adi əsərdir, amma o problemin həlli yolunu göstərmir. Mən dedim ki, mənim əsərlərim situasiyanı təsvir edir, həlli yolunu göstərmir.

Mən gənc olarkən fahişələr mənim dostlarım idi. Tənhalıqdan xilas olmaq üçün onlarla sevişirdim. Həmişə demişəm. Mən səhər yeməyini tək yeməmək üçün evlənmişəm. Əlbəttə, Mersedes deyir ki, çox oğraş adamam.

Mən nağıllar yazmağa cəhd elədim. Amma heç nə alınmadı. Onlardan birini övladlarıma göstərdim. Onlar oxuduqdan sonra mənə dedilər ki, uşaqları bu qədər axmaq bilirsən?

Bəlkə də Tanrı uyğun adamı tanımandan əvvəl səhv adamlarla tanış olmağını, onu tanıyanda minnətdar olmağın üçün istəyib.

Bəzən elə danışmalısan ki, qarşındakı cavab verə bilməməlidir. Bəzən də elə susmalısan ki, qarşındakı danışmağa cəsarət edə bilməməlidir.

Əhəmiyyətli olan, həyatda başına nə gəldiyi deyil, nəyi necə xatırladığındır.

Bir adam atasına oxşamağa başladığı andan yaşlandığını başa düşür....

Birindən uzaqlaşmanın ən pis forması, yanında oturub ona heç bir zaman "çata bilməyəcəyini" bilməkdir.

Bütün dünya üçün yalnız bir adam ola bilərsən, lakin bəziləri üçün sən bir dünyasan.

Əgər bir az ağılın varsa; xoşbəxtlik üçün istədiyin şərtləri tapa bilməyəndə, tapdığın şərtlərdə xoşbəxt olmağı bacarmalısan.

Gerçək dost, əlini tutanda ürəyinə toxunandır.

Getmək zamanı gəlibsə, "dayan" deməyib; vaxt keçibsə "dön" deməyin və eşq bitibsə "yenidən" deməyib heç bir mənası yoxdur.

Heç bir zaman gülümsəməkdən imtina etmə, kədərli olduğunda belə. Gülümsəməyinə kimin, nə vaxt aşiq olacağını bilə bilməzsən.

Hər şeyin bir sonu var, doğrudur! Amma ən xoşbəxt son həftə sonudur.

Xoşbəxtlik qapısını bağlayanda bir başqası açılar, amma biz bağlanan qapıya o qədər baxırıq ki, açılmış olan yeni qapını görmürük.

"Kaş ki tanımasaydım" dediyim heç kimim olmadı mənim. "Kaş ki məni tanımasına icazə verməsəydim" dediklərim oldu.

Kimi nə qədər düşünürsən düşün. Düşüncələrin ən dərini, başına yastığa qoyduğun an başlayacaq.

Yazmağı davam etdirmək istəyən məşhur bir yazıçı şöhrətə qarşı özünü davamlı qorumalıdır. Heç vaxt unutmayın ki, bir evlilikdə ən əhəmiyyətli şey xoşbəxtlik deyil, davamlılıqdır.

# 4367 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #