Kann Kinofestivalında kimlər olacaq?

Kann Kinofestivalında kimlər olacaq?
17 aprel 2014
# 14:56

67 ci Beynəlxalq Kann Kinofestivalı italyan və Avropa kinosu tarixində misilsiz rol oynamış rejissor Federiko Fellini və aktyor Marçelo Mastroyani ilə simvolizə olunacaq. Kulis.az- ın festivalın rəsmi saytına istinadən verdiyi xəbərə görə, festivalin bu ilki afişalarında Federiko Felininin “8 yarım” filminin qəhrəmanı (Marçello Mastroyani) təsvir olunub. Xatırladaq ki Federiko Felininin "8-2/1" filmi 1963-cü ildə Kann Kinofestivalında təqdim olunub.

Təşkilatçılarının verdiyi xəbərə görə, festivalın açılışı 2014-cü mayın 14-də Olivye Dahanın “Monako şahzadəsi” filmi ilə baş tutacaq. Festivalın münsiflər heyətinə isə Yeni Zenlandiyadan olan rejissor Ceyn Kempion sədrlik edəcək. Heyətin tərkibi haqqında hələlik məlumat verilmir.

"Qızıl palma budağı" uğrunda Jan Lük Qodar ("Dilə əlvida!"), Andrey Zvyaqintsev ("Leviafan"), Jan Pyer Darden ("İki gün bir gecə") kimi məşhurların yarışacağı məlum olub. Bundan əlavə, festivalın əsas proqramına erməni əsilli Kanada rejissoru Atom Eqoyanın, Mavritaniya rejissoru Əbdürrəhman Sisakonun, fransız rejissoru Olivye Asayasın, italyan rejissoru Alisiya Rofreyçer, Amerika rejissoru Tom Li Consun, əvvələr də Kann festivalın mükafatçısı olmuş rejissorlar Bertand Bonelonun, Xavyer Dolanın, Louç Kenin filmləri daxil edilmişdir.

Türk rejissoru Nuri Bilgə Ceylan da beşinci dəfə Kann festivalında yarışacaq. Rejissor bu dəfə ünlü festivala “Qış yuxusu” filmi ilə qatılacaq.

Xatırladaq ki, 67-ci Kann kinofestivalının qalibləri may ayının 24-də elan olunacaq.

# 1975 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
# # #