“Ədəbiyyat” qəzeti yeni formatda

“Ədəbiyyat” qəzeti yeni formatda
14 aprel 2014
# 13:09

Aprelin 11 – də “Ədəbiyyat” qəzetinin yeni sayı işıq üzü görüb.

“Ədəbiyyat” qəzetinin yeni sayı həm çap edilən materiallar, həm də format baxımından əvvəlki variantından xeyli fərqlənir. Qəzet Elçin Hüseynbəylinin baş redaktorluğu altında ilk dəfə çap olunur.

Qəzetin bu sayında Xalq Yazıçısı Anarın müsahibəsini, Qulu Ağsəsin şeirlərini, Sevinc Mürvətızı və Xəyal Rzanın fərqli mövzularda yazılarını, Vaqif Yusiflinin “İlin ədəbi yekunları” adlı məruzəsini, Xalq Yazıçısı Çingiz Abdullayevin 55 illik yubileyi ilə bağlı Elxan Zalın “Məxvi savaş cəngavəri: Çingiz Abdullayev” və Aydın Xanın “Çingiz Abdullayev: Milli kreativ brendimiz” başlıqlı məqalələrini, Fərid Hüseynin tərcüməsində Orxan Pamukun “Dostoyevsknin dəhşətli “Şeytanlar”ı” essesini oxuya bilərsiniz.

Bununla bərabər qəzet maraqlı layihələrə də başlanılıb. “Ulduz” jurnalı ilə “Ədəbiyyat” qəzetinin birgə layihəsi olan “Varyasiya” tərcümə layihəsi, eləcə “Eyni suallar”, “Hər şairdən beş şeir” layihələri hər həftə davam edəcək.

# 1309 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
# # #