Kulis.Az 3 yaşını qeyd etdi FOTOLENT, VİDEO

Kulis.Az 3 yaşını qeyd etdi <span style="color:red;">FOTOLENT, VİDEO
4 aprel 2014
# 16:31

Bu gün “APA Holding”in tərkibində fəaliyyət göstərən Kulis.Az mədəniyyət dərgisinin 3 yaşı tamam oldu. APA Holding”də bu münasibətlə tədbir keçirilib. Tədiri giriş sözü ilə açan “APA Holding” şirkətlər qrupunun prezidenti Vüsalə Mahirqızı bildirib ki, 3 yaşı tamam olan bu internet dərgisi oxucuların axtardığını tapdığı elektron məkandır: “Mən çox şadam ki, ilk gündən bu sayta dırnaqarası yanaşanların çoxu, sonra bu dərginin yazarları oldu. Mən çox şadam ki, Azərbaycanın müasir ədəbiyyatının nəbzi Kulisdə döyünüb. Bizim bioqrafiyamızda burda olan yazarların hər biri ayrı-ayrılıqda bir imzadır, bir dəyərdir. Şadam ki, bu imzalar da bizim dəhlizdən keçib gedirlər. Hər birinizə təşəkkür edib, uğur arzulayıram. Arzum budur ki, Azərbaycanda Kulis olmaq istəyən saytların sayı çox olsun”.

APA Holding”in Direktorlar Şurasının sədri Nurşən Quliyev, Lent.Az informasiya agentliyinin baş redaktoru Qabil Abbasoğlu, İlqar Əlfi, Murad Köhnəqala, Səhər Əhməd, Sevda Sultanova çıxış edərək Kulisə uğur arzulayıblar.

Daha sonra sayt əməkdaşları mükafatlandırılıb.

APA Holding” şirkətlər qrupuna Kulis.Az internet dərgisi Lent.Az saytının mədəniyyət layihəsi kimi fəaliyyət göstərir.

Jurnal milli və bəşəri mədəni prosesin bütün çalarlarını Azərbaycan oxucusuna təqdim etmək iddiasındadır.

Dərgidə mədəniyyətin müxtəlif sahələrinə, o cümlədən ədəbiyyat, teatr, kino eləcə də televiziya haqqında analitik yazılar çap edilir.

Dərginin baş redaktoru Qan Turalıdır.

Dərgi ancaq internetdə yayımlanır və hər gün yenilənir.

# 2160 dəfə oxunub

Oxşar xəbərlər

Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

15:30 25 aprel 2024
Ermənistan bayrağını niyə yandırmaq olmaz? - Ülvi Bahadır

Ermənistan bayrağını niyə yandırmaq olmaz? - Ülvi Bahadır

15:00 25 aprel 2024
Con Lennonun itmiş gitarası tapıldı

Con Lennonun itmiş gitarası tapıldı

15:00 25 aprel 2024
“Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı oldu

“Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı oldu

14:30 25 aprel 2024
Söyüşlü filmlərdən zövq alan tamaşaçı - Xalq artistləri niyə narazıdır?

Söyüşlü filmlərdən zövq alan tamaşaçı - Xalq artistləri niyə narazıdır?

14:00 25 aprel 2024
Prezident İlham Əliyev Pənahəli xanın sarayı və İmarət kompleksində

Prezident İlham Əliyev Pənahəli xanın sarayı və İmarət kompleksində

13:48 25 aprel 2024
#
#
# # #