Hekayəti-mekayəti-şikayəti-Alim

Hekayəti-mekayəti-şikayəti-Alim
31 mart 2014
# 15:08

Birinci səhnə

Əhvalat vaqe olur XXI əsrin 14-cü ilində, adına nəğmələr qoşulan Xəzər dənizinin sahilindəki qədim Bakı şəhərində.

Dünya şöhrətli xanəndə, hikmət bulağından su içmiş, məna çeşməsində qarqara etmiş, əruz dəryasında əl-üzünü yaxalamış əbədi dərviş Alim Qasımov evində oturub zəngulə “trenirovka” edərkən, qəfildən dost-tanış arasında Ədə Əbdül kimi tanınan məşhuri-cahan, çaki-giriban, hali-pərişan, əzəldən fəramuşan incənət xadimi Əbdül kişidən zəng gəlir.

Alim: Ədə Əbdül, sənsən? Salam olsun səsinə, gözəl insan.

Ədə Əbdül: Mənəm a zalım, sənə də salam olsun. Nətərsən, ey dünyaşöhrətli insan, ey Davud nəfəsli sənətkar?

Alim: Mənəm də, xalqımız üçün şamü-səhər zəngulə axtarıram.

Ədə Əbdül: Gör bu gün səhər yadıma nə düşüb, deyir ki, o qara xalın əgər versələr, qanın içərəm...

Alim: Bəh-bəh, gözəl, çox gözəl.

Ədə Əbdül: Deyirəm, ay dünya şöhrətli insan, bir təşrif buyur, lütf əta et, səni tiyatroya dəvət edim.

Alim: Bəh-bəh, çox hikmətli təklifdir, mütləqa.

İkinci səhnə

Ədə Əbdül və dünya şöhrətli xanəndə Alim Qasımov teatr zalında, qabaq sıralarda tamaşanı izləyirlər.

Alim: Ədə Əbdül, sən məni hara gətirmisən? Mən Brodveydə tamaşaya baxmışam, Pazolininin filmləri ilə böyümüşəm, Trierin pərəstişkarıyam, amma belə şey görməmişəm. Bu ki, zinadır!

Ədə Əbdül: Alimcan, qarışdırırsan vallah, Zina başqa yerdəydi, bura teatrdı...

Alimcan: Yox, Ədə Əbdül, mən buna dözə bilmərəm, mən getdim...

Ədə Əbdül dünyaşöhrətli xanəndənin arxasınca çığırır: Ədə Alim, gözlə, gözlə ayaqqabımı geyinim...

Pərdə enir

Son

# 3031 dəfə oxunub

Oxşar xəbərlər

Fərqli şeylərin sirli şəkildə qovuşması  -"Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması -"Sevgi şəhəri" haqqında

11:42 16 aprel 2024
"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

12:30 15 aprel 2024
"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

09:15 15 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #