Anardan Əkrəm Əylislinin Nobel namizədliyinə MÜNASİBƏT

Anardan Əkrəm Əylislinin Nobel namizədliyinə MÜNASİBƏT
12 mart 2014
# 14:43

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Əkrəm Əylislinin 2014-cü il Nobel sülh mükafatına namizəd göstərilməyinə münasibət bildirdi. Bu haqda Kulis.Az – a danışan AYB sədrinin məsələyə cavabı qısa oldu: “Bu gün mənə bu məsələylə bağlı o qədər adam müraciət edib ki... Qısa olaraq onu deyə bilərəm ki, mən bu hadisəni qeyri – ciddi hesab edirəm və buna münasibət bildirməyi lazım görmürəm”.

Dünyanın bir sıra ictimai xadimləri azərbaycanlı yazıçı Əkrəm Əylislini 2014-cü il Nobel sülh mükafatına namizəd göstərib. Norveç Nobel Komitəsinə ünvanlanan müraciətdə Ə. Əylislinin “Azərbaycan və Ermənistan xalqları arasındakı düşmənçiliyin aradan qaldırılmasında mərdlik göstərdiyi” vurğulanır: “Sülh prosesi dalandan çıxa bilmir, kövrək sülh hər zaman müharibəyə çevrilə bilər. Yalnız məşhur şəxsiyyətlərin çağırışları hər iki xalqı bir-birini bağışlamağa və razılığa gəlməyə təşviq edə bilər. Cənab Əylisli bu addımı hamıdan əvvəl atacaq və düşmənə əl uzadacaq qədər mərd adamdır. Biz əminik ki, Ermənistanda da eyni şəkildə cavab verməyə hazır olan insanlar var”.

2012-ci ilin dekabrında Əkrəm Əylisli “Daş yuxular” romanını nəşr edib. Romanda ermənilərə qarşı törədilən qırğınlardan bəhs olunur. Yazıçı bu romanı 2006-cı ildə yazdığını söyləyib. Roman yayıldıqdan sonra Ə. Əylisli “Azərbaycanın xalq yazıçısı” adından və fəxri təqaüddən məhrum edilib.

# 4491 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #