Şou-biznesdən bəhs edən ROMAN

Şou-biznesdən bəhs edən ROMAN
21 yanvar 2014
# 11:59

Cavid Zeynallının yeni “Leyla” romanı çap olunub.

“Kulisin kitabxanası” seriyasından çap olunan romanda Azərbaycan şou biznesinin ən tanınmış dörd müğənnisinin obrazı yaradılıb.

Leyla ölkənin məşhur müğənnisidir. Adı müxtəlif qalmaqallarda, cinayətlərdə hallanır. Uşaq evlərindəki yeniyetmə qızların birinci gecəsini əcnəbilərə “hədiyyə etməkdə", tələbə qızları fahişəliyə sürükləməkdə ittiham olunur. Günlərin birində yazılmayan qanunu pozduğuna görə, cəzalandırılır. Adı qara siyahıya düşür, telekanallara, restoranlara buraxılmır, dostları ondan üz döndərir. Bu, ömrü boyu məşhurluğun zirvəsində yaşayan Leylanın mənəvi ölümü deməkdir. Onun həyatının alt-üst olmağı bir sirlə bağlıdır. Leylanın intihar niyyətindən Rəcəb adlı jurnalist xəbər tutur və hər şey də burdan başlayır. Sirrin çözülməsi Rəcəbin qorxulu oyuna düşməsi deməkdir.

“Hədəf” nəşriyyatında çap olunan romanın redaktoru Etimad Başkeçiddir.

Kitabın qiyməti isə 5 manatdır.

“Leyla” romanı yazıçının sayca ikinci romanıdır.

Cavid Zeynallının ilk romanı “Günəşi gözləyənlər” 2010-cu ildə işıq üzü görüb.

# 26816 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
#
#
# # #