“Disney” studiyasının sahibi Uolt Disney sürrealist cizgi filmi çəkmək qərarına gəlir. Bunun üçün isə dövrünün ən böyük sürrealist rəssamlarından biri Salvador Dalidən başqa kimə müraciət etmək olardı?
Beləcə böyük multiplikator və dahi rəssam görüşüb razılaşırlar. Studiyadan animator rəssam Con Henç də çəkilişə cəlb edilir. Dali 8 ay bu proyekt üzərində çalışır. Müxtəlif əsərlərinin multiplikasiya variantını yaradır.
Filmin adı “Destine” olacaqdı. “Destino” italyanca, portuqalca və ispancada “tale” deməkdir. Filmin taleyi həqiqətən gətirmir. Henç cizgi filminin 18 saniyəlik test variantını çəksə də şirkət İkinci Dünya müharibəsi ilə əlaqədar maliyyə problemini əsas gətirərək proyekti dayandırır.
“Disney” studiyası 58 il sonra proyektə yenidən qayıdır. Uolt Disneyin qohumu Roy Edvard Disney proyekti diriltmək qərarına gəlir, beləliklə çəkilişlər başlayır. Bunun üçün Parisdə studiyanın filialı da yaradılır.
Yeni filmin rejissoru fransız multiplikator Dominik Monferi olur. Yeni filmdə kompüter qrafikasından istifadə olunur. Üstəlik 18 saniyəlik orijinal videomaterial da filmə əlavə olunur. 25 animatordan ibarət qrup Salvador Dalinin xanımı Qala Dalinin gündəliklərindən də yararlanır. Filmdə Armando Dominqesin balladası səsləndirilıir.
2003 –cü ildə istehsal olunan film “Ən yaxışı qısametrajlı animasiya filmi” nominasiyasında Oskar mükafatı sahibidir.