Kim baxmasa da hüquqşünaslar mütləq baxsın

Kim baxmasa da hüquqşünaslar mütləq baxsın
7 dekabr 2013
# 08:15

Kulis.Az “Baxılası 50 film” layihəsində Sidney Lumetin “On iki qəzəbli kişi” filmini təqdim edir.

Kino tarixinin məhsuldar rejissorlarından biri, amerikalı Sidney Lumetdir (1924-2011).

Lumet fəaliyyəti boyu 53 film çəkib.

Ekranlaşdırdığı filmlər dəfələrlə Oskara nominant olub.

Müxtəlif janrlarda eyni ustalıqla işləyən rejissorun uğurlu filmləri sırasına “Köpəklərin günü”, “Şəbəkə”, “Serpiko”, “Şərq ekspressində qətl” və s. daxildir.

Onun “Şəbəkə” kəskin satirası televiziyanı auditoriyanı manipulə edən, sensasiyadan ötrü hər cürə iyrəncliyə gedən sistem kimi göstərir. Bu, qara komediya janrının yaxşı nümunələrindən sayılır.

Rejissor Artur Millerdən tutmuş Tennessi Uilyamsa qədər məşhur dramaturqların pyeslərini ekranlaşdırıb.

Onun ekran əsərləri həm kommersiya uğuru, həm də keyfiyyəti ilə seçilir.

Lumetin üslubu aydındır, təsvirlərində realizm güclüdür, sosial, konfliktli süjetlər üstünlük təşkil edir, orta və iri planlar ustalıqla növbələşir.

Amma o, daha çox aktyor oyunundan aldığı yüksək keyfiyyətli nəticəyə görə məşhurdur.

Bu gün onun bütün dövrlərin ən yaxşı filmləri siyahısında yer alan, kinematoqrafik cəhətdən unikal sayılan “On iki qəzəblənmiş kişi” (1957) dramı haqda danışacam.

Süjet:

Nyu-York. Dözülməz isti. Belə bir gündə məhkəmə 18 yaşlı puertorikalı oğlanı atasını öldürməkdə ittiham edir.

İclasçılar müttəhimə qarşı olan ittihamları və müdafiəsi üçün səslənən arqumentləri dinlədikdən sonra onlar üçün ayrılmış xüsusi otağa yollanır. On iki iclasçı ya irəli sürülmüş ittiham əsasında onu elektrik stuluna yollamalı, ya da ittihamı əsassız saymalıdır.

Və on iki iclasçının qərarı yekdilliyə əsaslanmalıdır. Yekdillik olmayacağı təqdirdə məsələ digər iclasçılara yollanacaq ki, bu da arzuolunmazdır.

Kiçik, bürkülü otaqda yorulmuş iclasçılar bunu çox müzakirə eləməyi düşünmürlər. Onların fikrincə, ittiham dəlilləri kifayət qədər inandırıcıdır. Üstəlik, əgər o, aşağı təbəqənin nümayəndəsidirsə, mühacirdirsə mütləq günahkardır. Həm də onun edamıyla cəmiyyət daha bir tör-töküntüdən təmizlənəcək.

Proses zamanı 8-ci iclasçının hökmlə razılaşmadığı bəlli olur.

O, yeniyetməni tamamilə günahsız sayır və düşünür ki, sübutlar səbatsızdır, yetərli deyil. Onun çıxışı digər iclasçıların da mövqeyini laxladır.

Redcinald Rouzun pyesi əsasında ekranlaşdırılan, dörd divar arasında baş verən bu əhvalat zərrə qədər də tamaşaçını darıxdırmır.

Bu filmlə Lumet o dövr üçün bütün kinematoqrafik qaydaları keçərək yetərincə cəsarətli eksperimentə əl atıb. O, kiçik otaqda maksimal şəkildə bürkülü, cansıxıcı şəraitin, atmosferin yaradılmasına nail olur. Film boyu on iki kişi qovğa edir, dalaşır, əsəbilik keçirir, emosional partlayışlar baş verir.

Praktiki baxımdan on iki kişinin, kiçik otaqdakı mübahisəsini güclü təəssürat buraxan, cəlbedici və dinamik filmə çevirmək mümkünsüz görünürdü. Amma Lumet quruluş, aktyor oyunu, operator işinin uğurlu kombinəsinə əsasən tamamilə məharətli və yüksək peşəkar film ortaya qoyur.

Çəkilişdən əvvəl Lumet iki həftə aktyorlarla məşq edir və nəticədə filmi 21 günə çəkir.

Səhnələrin hamısının müxtəlif nöqtələrdən çəkilməsi ilə Lumet kinematoqrafikliyə nail olub. Əks halda, film adi teletamaşaya oxşaya bilərdi.

Reallıq hissini yüksək dərəcədə vermək üçün həqiqi məhkəmə məkanı seçilib.

Əhvalatın çox maraqlı məqamlarından biri səkkizinci iclasçının digərlərinə tədricən təsiri, şəraitin yavaş-yavaş dəyişməsidir. İri planlar, parlaq detallar qəhrəmanların emosional durumunu açır, personajların daxili dünyasına nüfuz edir. Beləcə proses zamanı onların hər birinin xarakteri açılır. Kəskin, sosial-psixoloji dramda sanki fikir müharibəsi gedir.

“On iki qəzəblənmiş kişi” Lumetin kinoda ilk işidir.

Bu, ən yaxşı hüquq filmlərdən biri sayılır.

Film Berlin festivalının baş mükafatını alıb və çoxsaylı mükafatlara layiq görülüb.

Hollivud studiyalarını mənəvi dəyərlərə bu kontekstdə tənqidi baxış qane etmədiyindən pyesi maliyyələşdirmək istəməyiblər.

Ona görə də filmi, orda əsas ifaçılardan biri olan aktyor Henri Fonde və pyesin müəllifi Rouz öz hesablarına çəkiblər.

Operator Dziqa Vertovun qardaşı Boris Kaufman olub.

Bu gün “On iki qəzəblənmiş kişi” məktəblərdə, institutlarda göstərilir.

Rus rejissoru Nikita Mixalkov 2007-ci ildə filmin “12” adlı remeykini çəkib.

Filmə burdan baxa bilərsiz.

Bernardo Bertoluççinin “Konformist” filmi.

Dziqa Vertovun “Kinokameralı adam” filmi.

Mikalancelo Antonioninin “Macəra” filmi.

Pol Tomas Andersonun “Maqnoliya” filmi

Yasudziro Odzunun “Tokio əhvalatı” filmi.

Vim Vendersin “Berlin üzərində səma ” filmi.

Con Fordun "Dilican" filmi.

İnqmar Berqmanın "Persona" filmi.

Jan Renuarın “Oyun qaydaları” filmi.

# 5296 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #