Hər bir fotonun yaranma tarixi var. Foto tarixi və faktiki sənəddir. Çəkmək və baxmaq hələ görmək demək deyil. Yüz kadr çəkilirsə, onun içindən birini görə bilirsən. Və elə GÖRDÜYÜN də tarixə düşər. Hər bir foto da informasiya daşıyıcısıdır. Elə bu fotolardakı kimi.
Bu fotodakılarını hamısını tanıyırsız, haqlarında oxumusunuz. Yüzlərlə fotosunu görmüsünüz. Amma indi gördükləriniz nadir fotolardır. Uzun illər şəxsi və dövlət arxivlərində qalıb, indi üzə çıxır.
Paustovskinin qarşısında diz çökən oxucu-məşhur müğənni Marlen Ditrix, anasına şeir oxuyan Yesenin, Vermontda ciyər dolusu nəfəs alan Soljenitsın, süpürgəylə Şalyapinə hücum edən Qorki…və daha kimlər, kimlər. Yaxşısı budur, özünüz baxın.